APA-nın əməkdaşı qəzaya düşdü, özü və övladı xəsarət alıb - FOTO

img

27-05-2021 [14:43]


APA-nın əməkdaşı Nigar Abbasova qəzaya düşüb.

Hadisə paytaxtın Səbail rayonu ərazisində, Su İdman Sarayının qarşısında qeydə alınıb. N. Abbasovanın idarə etdiyi “Hyundai” markalı avtomobil Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə doğru hərəkətdə olarkən dönmə əməliyyatını düzgün yerinə yetirməyən “Hyundai Santafe” markalı maşın qəfildən ona çırpılıb.

Qəza nəticəsində N.Abbasova və avtomobildəki qızı, 12 yaşlı Nərmin xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. 

Jurnalist N.Abbasova Lent.az-a açıqlamasında ölümdən döndüklərini və hazırda həkim müayinəsindən keçdiklərini bildirib.

Faktla bağlı araşdırma aparılır. 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq