"General Həzi Aslanov", "General Şıxlinski", "Qaçaq Süleyman", "Topal Teymur", yoxsa... - Ramiz Novruz haqda nələr bilirik? (FOTOLAR)
25-05-2021 [19:45]
Azərbaycanın Xalq Artisti, teatr və kino aktyoru, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov rolunun mahir ifaçısı Ramiz Novruzun doğum günüdür.
Dəyərli sənətkarımızı ürəkdən təbrik edir, uzun sağlıqlı ömür və könül xoşluğu arzulayırıq!
Aktyorun “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov rolu ona şöhrət gətirib...
Ramiz Qəvvam oğlu Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad", M.Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T.Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə)... rollarını ifa edib.
O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb.
Aktyorun Akademik Milli Dram Teatrında oynadığı rolları: Nəvvab və İran şəhzadəsi ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Mayor Edmund ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Bahadur ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Cəmil ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Seyton ("Maqbet" Uilyam Şekspir), Edmund ("Kral Lir", Uilyam Şekspir), Kreon ("Medeya", J.Anuy), İbn Yəmin ("İblis", Hüseyn Cavid), Səlim bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Loğman ("Fəryad", Bəxtiyar Vahabzadə), Laçın ("Hara gedir bu dünya?", Bəxtiyar Vahabzadə), Toğrul ("Cəzasız günah", Bəxtiyar Vahabzadə), Fərhad ("Sənsiz", Şıxəli Qurbanov), Baş redaktor ("Mənim sevimli dəlim", Elçin), Andranik və Nostradamus ("Hələ "sevirəm"deməmişdilər-¦", Ramiz Novruz), Ələs bəy ("Dirilən adam", Mir Cəlal), Qaçaq Süleyman ("Ölüləri qəbristanlıqda basdırın", İsmayıl Şıxlı), Murad ("Xəcalət", Hüseynbala Mirələmov), Cəbrayıl ("Teleskop", Elçin), Attillio ("Silindr", Eduardo de Filippo), Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol).
R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib.
H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra" (Antonio), O.Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy), "Yad qızı" (Nihad) və s. maraqlı rollar oynayıb.
Ramiz Novruz həm də bir neçə pyes yazmış və bunlardan ikisi tamaşaya qoyulmuşdur. İlk pyesi olan "At ilinin birinci ayı" adlı 20 yanvar hadisələrindən bəhs edən pyes 1992-ci ildə Gəncə teatrında B. Osmanovun rejissorluğu ilə tamaşaya qoyulmuşdur. 1992-ci ilin sonunda həmin pyes AzTV-də rejissor B. Osmanovun quruluşunda çəkilmişdir. R. Novruz öz pyesində Murad rolunda oynamışdır.
1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər" pyesi B. Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 2002-ci ildə tamaşaya qoyulmuşdur. Bundan əlavə Eduardo de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və rejissor kimi tamaşaya qoymuş, həmçinin bu əsərdə Attillio rolunu ifa etmişdir.
Aktyorun “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov rolları ona şöhrət gətirib. Beynəlxalq Teatr festivallarının mükafatçısıdır.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Qeyd edək ki, Ramiz Novruzun oğlu Cavidan Novruz aktyor və müğənnidir, "Shafa studio"nun rəhbəri Şəfəq Novruzova isə qızıdır.
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Zərdüşt Əlizadə: "Artıq Rusiyanı heç kim xilas edə bilməz" - "Bizim öz daxili problemlərimiz özümüzə bəsdir”
Sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb
SAHİL BABAYEV KOLLEKTİVİ TOPLADI: ilk kimlər yola salınacaq? - Aparat rəhbəri və mətbuat katibi...
Bakı və rayonlarda qar yağacaq
Vüsal Aslanov blogeri departament rəhbəri təyin etdi
Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb
Azərbaycan nefti ucuzlaşdı
47 yaşlı qadın dəm qazından boğulub
AZAL aviabiletləri 25 % endirdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Adanaspor"da baş məşqçi təyinatı oldu
Aİ rəsmisi Trampın qarşısından geri çəkilməyəcəklərini dedi: "ABŞ-ın tariflərinə sərt cavab veriləcək"
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan, Babayan, Mnatsakanyan... - Onlar yenidən hakim qarşısında + FOTOLAR
Rəsmi Paris: “Bizim BCM-yə qeyd-şərtsiz dəstəyimiz davam edəcək"
İlham Əliyev yeni parkın açılışında - FOTOLAR
XİN-də kollegiya iclası: nələr müzakirə olunub? - FOTOLAR
Terimin komandası 5 qol atdı, klub prezidenti meydançaya endi - "Mükafat veriləcək"
Əmrə Belözoğlu hədəfini açıqlayb: "Bu, mənim ən böyük arzumdur"
Aşıqlar Birliyindən yayılan xoşagəlməz görüntüyə reaksiya - VİDEO
"Anarın nazir təyinatını gözləyirdim, xəbər alan kimi..." - Atası oğlunun nazir təyinatından danışdı, "Sahil Babayevin başına oyun açırdılar" dedi
AFFA iki gün sonrakı oyunları təxirə salıb
"Fənərbağça" 19 yaşlı mərakeşli futbolçunu heyətinə qatmaq istəyir
Üç ölkə prezidenti Qlobal Bakı Forumunda iştirak edəcək
Elm və Təhsil Nazirliyində şöbə müdiri təyinatı olub
Avropa Liqası: "Fənərbağça" və "Qalatasaray"ın heyəti yenilənib - Hər iki komanda 3 yeni oyunçu yazıb
"Beşiktaş" cinah oyunçusu alıb - Sabah İstanbula gəlir
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edib - VİDEO
BURAXILIŞ İMTAHANLARININ VAXTI VƏ SİYAHISI AÇIQLANDI - CƏDVƏL
Sənədsiz evlərin işıq problemi - ""Azərişıq" ASC məsuliyyəti necə üzərinə götürə bilər?"
Səfərbərik Xidmətində nə baş verir? - Babatov idarə rəisi, İsbatov isə xidmət rəisinin yeni köməkçisi təyin olunub
PA rəhbəri Sahil Babayevi yeni kollektivə təqdim edib - FOTO
Prezident Samir Şərifovu daha bir vəzifəyə təyin etdi - Sərəncam
PREZİDENT NAZİR TƏYİN ETDİ - ƏƏSMN-in yeni rəhbəri kimdir?
"AzInTelekom” tədbirə 108 min manat xərcləyəcək
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Trampın BCM-yə sanksiya tətbiq etdi, Netanyahu alqışladı: "Bu, İsrail və ABŞ-ın, eləcə də..."
İsrail Livanı yenə bombalayıb
Şəhid Tərlan Məmmədov Yevlaxda dəfn olunub
Müğənni Təranə Qumralın qızı: "Kosmetoloq üzünə botoks vurub, sifətim donmağa başlayıb"
AzTV sədrinə iki müavin təyin olundu - Onlar kimdir?
Azərbaycanlı Polşada qəzada ölüb - VİDEO
Əməkdar artist vəzifədən azad olunub