Deputat MM-də həbsdə olan jurnalistin məsələsini qaldırdı, azad olunmasını tələb etdi: “Ona qarşı qəddar bir münasibət var"
21-05-2021 [13:17]
Tanınmış jurnalist Niyaz Niftiyevin həbsi ilə bağlı məsələ Milli Məclisdə qaldırılıb.
Mia.az Bakipost-a istinadla xəbər verir ki, millət vəkili Sabir Rüstəmxanlı jurnalistin həbsdə saxlanılmasına etiraz edərək bildirib ki, xırda bir ittihama görə N. Niftiyev 1 il 3 aydır istintaq təcridxanasındadır:
“Niyaz Niftiyev tanınmış jurnalistdir, Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür, 25 il aktiv jurnalistika fəaliyyəti ilə məşğul olub. Bir çox mükafatlar, “Tərəqqi” medalı alıb. Prezident ona ev hədiyyə edib. Bir neçə elmi kitabın müəllifidir.
Sonra başqa sahədə fəaliyyətini davam etdirmək istəyib. Bələdiyyə seçkilərinə qatılıb və seçilib. Sonra isə Binəqədi bələdiyyəsinin sədri olub.
Sədr seçildikdən cəmi bir neçə gün sonra onu saxta arayışların verilməsi və pandemiya qaydalarının pozulması ittihamı ilə saxlayıblar.
İttihamda qeyd olunur ki, o, guya 9 arayış verib qarşılığında 214 manat pul almışdır.
Niyaz Niftiyev bu ittihamla razılaşmayıb, qəti şəkildə rədd edir və lazimi faktları da təqdim edib.
Məsələ burasındadır ki, bu, əslində xırda bir ittihama görə Niyaz Niftiyev 1 il 3 aydır istintaq təcridxanasındadır. Necə aylardır məhkəməsi başlayıb, amma hər dəfə bir bəhanə ilə onun məhkəməsi təxirə salınır”.
Deputat qeyd edib ki, Niyaz Niftiyev ziyalıdır, himayəsində ağır xəstə olan anası var, bir oğlu hərbi xidmətdədir: “Ona qarşı qəddar bir münasibət var. O, 214 manat rüşvət almaqda ittiham olunur. Bu ittiham isə hələ sübut olmayıb. Amma bir ildən çoxdur məhbəs həyatı yaşayır. Olmazdımı ki, heç olmasa, bu istintaq, qəsdən uzadılan məhkəmə prosesi vaxtı o, polis nəzarətində evə buraxılardı? Necə ki, ağır cinayətlərdə ittiham olunan nazir müavinlərini buraxdınız"..
Qeyd edək ki, N. Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.
İttiham aktından görünür ki, istintaqın istinad etdiyi və ittiham olaraq irəli sürdüyü - mübahisələndirdiyi arayışlar içərisində yalnız 4 arayışda N. Niftiyev imzası var.
Niyaz Niftiyev ifadəsində bildirib ki, imza atdığı 3 arayışı verdiyi şəxsin həqiqətən də sədri olduğu bələdiyyə ərazisində yaşayıb-yaşamadığını dəqiqləşdirmək imkanı olmayıb. Bildirib ki, həmin vaxt pandemiya ilə əlaqədar imkansız və tənha ailələrə (800 nəfərə) ərzaq yardımı paylanılıb, bələdiyyəyə sakinlərin axını, gərgin iş rejimi olub. Həmin 3 nəfər öyrədilmiş şəxslər olduğuna görə, bələdiyyə əməkdaşlarını inandıra biliblər ki, həqiqətən, bələdiyyə ərazisində yaşayırlar və hansısa xırda ticarətlə məşğuldurlar.
N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.
Xatırladaq ki, N. Niftiyevin həbsi ilə bağlı bir qrup ziyalı Ölkə başçısına da müraciət edib.
Qətər Əmiri Türkiyəyə başsağlığı verib: "Hər cür dəstəyə hazırıq"
Bu gün Azərbaycanda Konstitusiya Gündür
Baş məşqçi Nigeriyada yoxa çıxan Osimheni lağa qoyub
"C130" şəhid olan 20 hərbçi: onlar kimdir? - FOTO
Kriştiano Ronaldo karyerasına nə vaxt son verəcək? - Özü açıqladı
Osimhen Nigeriyada yoxa çıxıb - "Qalatasaray" klubu axtarır, Afrika ölkəsi cavab vermir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Pakistanda terror... - Rəsmi Bakı başsağlığı verdi
Azərbaycandan gedən Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı, şəhidlər var - İlham Əliyev Ərdoğana başsağlığı verdi (Yenilənib)
NAZİRLİK DÖVLƏT BAYRAĞI BARƏDƏ QALMAQALLI PAYLAŞIMA AYDINLIQ GƏTİRDİ - Açıqlama + FOTO (Yenilənib)
Cevdet Yılmazla Əli Əsədov arasında telefon danışığı olub
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb - Qəza ilə bağlı
Prezident tapşırıq verdi - Əli Əsədov İrakli Kobaxidzeyə zəng etdi
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
Rusiyalı milyarder və arvadı ölü tapıldı - BƏƏ-də həyata keçirilən qətlin təfərrüatı
Bölgələrdən Bakıya dönməyə hazırlşan sürücülərə xəbərdarlıq olunub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ət ucuzlaşıb? - VİDEO
Bəylər Əyyubovla Fərid Əsgərov bir yerdə - FOTO
FUTBOL QUMARI: Türkiyədə mərc oyunlarının aktiv iştirakçısı olan klub rəhbəri və üç hakim tutulub
“Nar”da bu axşam daha bir avtomobil sevinci!
Sabah hava necə olacaq? - Proqnoz
Rəsul Quliyev Bakıya gəlir - "Bir aydan sonra 78 yaşım tamam olur, bu, çox böyük yaşdır"
17 yaşlı azərbaycanlı Rusiyada öldürülüb
Ağdaşda zəlzələ olub - 3.1 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI