Qulamhüseyn Əlibəyli Milli Şuranı tərk etməyəcək

img

15-01-2014 [18:06]


Aydınlar Partiyası Demokratik Qüvvələrin Milli Şurasında qalıb-qalmayacaqları ilə bağlı məsələni müzakirə etmir.

Bu barədə baymedia.az-a Aydınlar Partiyasının mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, Aydınlar Partiyasının Milli Şurada fəaliyyətini davam etdirib-etdirməməklə bağlı qərarı bəllidir "Bununla bağlı partiyada qərar ondan ibarətdir ki, hazırda müxlifətin ən optimal birliyi Milli Şuradır. Ona görə də, Milli Şurada qalırıq və fəaliyyətimizi davam etdiririk. Kim Milli Şuranı tərk edirsə, ona uğurlar arzulayırıq və seçimlərinə hörmətlə yanaşırıq. Kim qurumda qalırsa, onlara birgə fəaliyyətimizi davam etdirəcəyik”.

Məlumat üçün bildirək ki, Aydınlar Partiyasından Milli Şurada bir nəfər təmsil olunur, o da partiyanın sədri Qulamhüseyn Əlibəylidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA