ABŞ 60 MİNLİK GİZLİ ORDU YARADIB: "Bütün qaynar nöqtələrdə, o cümlədən İranda da işləyirlər"
18-05-2021 [13:55]
ABŞ Müdafiə Nazirliyi ötən 10 il ərzində təxminən 60 min nəfərlik gizli, maskalanmış qoşun yaradıb. Həmin qoşun dünyanın bir çox ölkələrinə səpələnib, o cümlədən İran və Rusiya kimi ölkələrdə yerləşib.
Bu barədə nüfuzlu “Newsweek” jurnalının araşdırmasında deyilir. Jurnal gizli qoşunu iki ilə yaxın davam edən araşdırması nəticəsində üzə çıxardığını bildirir. Araşdırma zamanı həmin gizli proqramın bir çox iştirakçılarından müsahibələr ötürülüb, habelə müdafiə sahəsində işləyən məsul şəxslərdən məlumatlar alınıb.
Jurnal qeyd edir ki, bu cür iri miqyasda gizli qüvvələrin yaradılması ABŞ qanunlarına, Cenevrə konvensiyasına, döyüş əməliyyatlarının aparılması və hərbçilərin hesabatlılığı prinsiplərinə ziddir. Bildirilir ki, Pentaqonun gizli ordusunun heyəti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin analoji qüvvələrinin sayından 10 dəfə çoxdur. Gizli ordunun mənsubları həm bilavasitə hərbi qulluqçular kimi, həm mülki adlar altında fəaliyyət göstərən əməliyyatçılar qismində xidmət edirlər. Bəzən onlar kommersiya müəssisələrinin və ya konsaltinq firmalarının əməkdaşları kimi özlərini təqdim edirlər. Gizli ordunun mənsubları həm real şəraitdə, həm kiberməkanda fəaliyyət göstərir.
Gizli orduya mülki şəxslər və saxta adlar altında çalışan podratçılar da cəlb olunub. Bu da gizli əməliyyatların artmasının nəticəsidir. Gizli ordunun yarısını dünyanın müxtəlif yerlərində məxfi əməliyyatlar həyata keçirən hərbi bölmələr təşkil edir. Digər yarısı isə kəşfiyyat və əks-kəşfiyyat mütəxəssislərindən ibarətdir. Onların bir qismi xarici ölkələrdə başqa adlar altında işləyirlər.
Nəhayət, gizli ordunun bölmələrindən biri də kiberəməliyyatlar və virtual məkanda hücumlar həyata keçirməklə məşğuldur. Bu bölmənin əməkdaşlarının əksəriyyəti ABŞ ərazisində işləyir. Pentaqonun gizli ordunu formalaşdırmaqda məqsədi qlobal miqyasda terrorla mübarizə, habelə Rusiya və Çin kimi ölkələrlə rəqabətdir.
Proqrama 130-a yaxın özəl şirkət, onlarla az tanınan və gizli hökumət təşkilatları cəlb olunub. Proqrama cəlb olunan şirkətlər ildə gizli ordunun fəaliyyəti üçün Pentaqondan 900 milyon dollardan çox vəsait alır. Bu vəsait saxta sənədləşmənin hazırlanmasına, başqa adlar altında işləyən əməliyyatçıların hesablarının ödənilməsinə, xüsusi avadanlıqların istehsalına və satın alınmasına, o cümlədən casus avadanlıqlarının alınmasına sərf edilir.
Həmin gizli qüvvələrin mənsubları təkcə Pakistandan tutmuş Qərbi Afrikaya qədər ən müxtəlif regionlarda terrorçulara qarşı fəaliyyət göstərmir, eyni zamanda böyük ölçüdə dünyanın “qaynar nöqtələrində”, o cümlədən Şimali Koreya və İranda da işləyir. Gizli ordunun mənsubları kiberməkanda kəşfiyyat məlumatları toplayır, sosial şəbəkələrdə manipulyasiyalar həyata keçirir, o cümlədən kiberhücumlar təşkil edir.
Araşdırma ilə bağlı hələlik ABŞ rəsmi orqanlarının heç bir şərhi yoxdur/Virtualaz.org
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub