Gülər Əhmədovanın sol ayağı tutulub

img

15-01-2014 [11:05]


Həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın ayağı tutulub. G.Əhmədovanın vəkili Əfsər Talıbovun ANS PRESS-ə verdiyi məlumata görə, Ə.Talıbov Gülər Əhmədovaya ilə görüşüb.

Onun sözlərinə görə G.Əhmədovanın sol ayağı tutulub: "Ürəyində ağrılar baş qaldırıb. Sol ayağı tutulub və çox çətinliklə yeriyə bilir. Onun xəstəliyi ilə bağlı hələlik dəqiq bir məlumat vermirlər".

Ə.Talıbov G.Əhmədovanın işi üzrə alpelyasiya məhkəməsinə şikayət etdiklərini də söyləyib.

Xatırladaq ki, 3 dekabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib və Gülər Əhmədovaya hökm oxunub.

Hakimin qərarı ilə sabiq deputat 3 il müddətində azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA