Hafiz Hacıyevə xüsusi səlahiyyət verildi

img

14-01-2014 [15:19]


MMP-də 2013-cü ilin yekunları, 2014-cü ilin təqvim planı ilə bağlı tədbir keçirilib. Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin iştirakı ilə toplantı keçirilib. Tədbirdə Muasir Musavat partiyasının 2013-cü ildə gördüyü və 2014-cü ildə həyata keçirilməsi planlaşdırılan işlərin konsepsiyası müzakirə edilib. Ardıcıl və nizamlı siyasətin nəticəsində illərdir gendəmdə qalan partiya ,bundan sonrakı fəalliyətini hansı aspektdə,hansı strategiya üzərində quracağını müzakirə edib. Hər seçkidən sonra öz strukturuna yenidən "əl gəzdirən "partiyanın 2014-cü il seçkisonrası kansepsiyası hazırlanaraq rayon təşkilatlarına paylanıb. Kansepsiyanın əsas xətti təşkilatlanma ilə bağlıdır. Partiyanın Təşkilat Şöbəsindən verilən məlumata görə təqdim edilən konsepsiya əsasən seçkidən sonra yaranan durğunluğu aradan qaldıracaq.Təşkilatda insanların aktiv olmayan hissəsi arasında müəyyən iş,təbliğat aparmaq və təşkilata yeni üzvlərin cəlb edilməsinə nail olmağa çalışılacaq. Bundan sonra Rayon Təşkilatlarının gördüyü işin hesabatı aparılacaq ,yeni özəklərin yaradılması üçün əldə olan bütün imkanlardan istifadə ediləcəkdir. Toplantıda Azərbaycan siyasi arenasında yaranmış durum da müzakirə edilib.Bir sıra konstruktiv qüvvələrlərin rəhbərləri ilə danışıqlara getmək üçün MMP sədri Hafiz Hacıyevə xüsusi səlahiyyət verilməsi üçün idarə heyətinə müraciət edilib.İdarə Heyəti partiyanın gələcək mənafeyinə heç bir zərəl toxunmayasağı təqdirdə bu təklifin qəbul edilməsinin mümkün olduğunu qeyd edib.Və bundan sonra Hafiz Hacıyevə həmin səlahiyyətin verilməsi təsdiq edilib. Qeyd edək ki,MMP-nin 2014-cü il planında bu il keçiriləcək bələdiyyə seçkisinə qatılmaq da var. Bu yöndə partiyada hazırlıqlara başlamağa qərar verilib Rəhbərlik hesab edir ki,prezident seçkisində. aktiv vəziyyətə gətirilən rayon təşkilatlarının növbəti seçkilərə hazırlaşmaqda heç bir çətinlik olmayacaq.Toplantıda hər bələdiyyə üzrə xüsusi qruplar yaratmağa qərar verilib.Bələdiyyə seçkisi partiyanın təşkilatlarının canlanmasına yeni bir təkan verəcək. Çalışılacaq ki,bütün bələdiyyələr üzrə namizədlər olsun.Bu partiyanın gələcəkdə həyata keçirəcək planına müsbət təsir imkanı yaradacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA