İkram İsrafil Fuad Qəhrəmanlının kamaz “şofer”i ittihamına cavab verməkdən çəkindi

img

14-01-2014 [14:09]


AXCP-Müsavat arasındakı qarşıdurma davam edir. Müsavat Partiyası funksionerləri cavab vermədikcə, qarşı tərəf daha kəskin açıqlamalar verirlər.

Bir neçə gün öncə AXCP yetkililərini debata çağıran Müsavat Partiyasının Divan üzvü, sabiq deputat İkram İsrafil də geri çəkilib. Belə ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "İkram İsrafil kamaz "şofer”i səviyyəsində olan adamdır, onun nə səviyyəsi, nə də statusu mənimlə debata çıxmağa imkan vermir”, – deyərək müsavatçı deputatı aşağılayıb.
Məsələ ilə bağlı İkram İsrafillə əlaqə saxladıq. Baymedia.az-ın əməkdaşının sualını eşidən kimi keçmiş deputat "Mən Fuad Qəhrəmanlının heç bir fikrinə cavab vermək istəmirəm. Ümumiyyətlə, bu mövzu barədə danışmıram”, - deyib.
Əməkdaşımızın "İki-üç gün əvvəl Fuad Qəhrəmanlının debata çağırırdınız, amma indi danışmırsınız. Bəlkə çəkinirsiz?” sualına da İkram İsrafil cavab verməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA