Adil Qeybulla: "Müsavat-AXCP davası da milli mənafeyə xidmət etmir"

img

13-01-2014 [13:18]


Müsavatın keçmiş Məclis və Divan üzvü, professor Adil Qeybulla son günlər Müsavat Partiyası ilə AXCP arasında yaranan qarşıdurma ilə bağlı münasibətini açıqlayıb. 

Bu barədə baymedia.az-a açıqlama verən A.Qeybulla iki partiya arasındakı davanı qətiyyətlə pisləyib: "Bütün hallarda baş verən hadisələrə, yaranan gərginliyə münasibətim yaxşı deyil. Vaxtilə Milli Azadlıq Hərəkatından doğmuş bu iki təşkilatın arasında yaranan belə bir münasibət Azərbaycanda həm siyasi mədəniyyətin olmamasına işarədir, həm də çox ciddi narahatlıq doğurur”. 

"Təəssüf ki, bizim düşərgədə elə insanlar var ki, onlar üçün hər hansı bir müqəddəs bir şey yoxdur. Görürsünüz ki, uzun müddət yol getdikləri, çörək kəsdikləri insanlarla az qala düşmən olurlar. Bu da ümumilikdə arzuolunmaz tendensiyadır. Hazırda Müsavat-AXCP davası da milli mənafeyə xidmət etməyən məsələdir. Düşünürəm ki, hər kəs bunun fərqində olmalıdır”. – deyə A.Qeybulla vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA