Cinayət Məcəlləsinə şəhidi alçaldanların cəzalandırılması ilə bağlı maddənin əlavə edilməsi təklif olunub

img

04-05-2021 [11:40]


Azərbaycanın Cinayət Məcəlləsinə şəhid adını alçaldanların cəzalandırılması üçün maddənin əlavə edilməsi təklif olunub.

Bu təkliflə Milli Məclis deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Bu günlərdə bəzi şəxslər şəhidlərimizə dil uzadır. Bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə şəhid adını alçaldanların cəzalandırılması ilə bağlı maddə əlavə edilməlidir. Bunu edənlərə qarşı da ən sərt cəza tədbirləri görülməlidir”, - deputat bildirib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA