Azərbaycan sərhədçisi erməni hərbçinin qarşısını belə kəsdi - Sərhəddə maraqlı anlar + VİDEO

img

02-05-2021 [14:12]


Ötən gün sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədçiləri arasında mübahisənin qeydə alındığı görüntülər yayılıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sözügedən hadisə Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib.

Görüntülərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasında mübahisə yer alıb. Videoda Azərbaycan hərbçilərinin peşəkar davranışı, sərgilədiyi təmkin və prinsipiallıq böyük rəğbətlə qarşılanıb.

Videodan aydın görünür ki, yüksək hazırlıqlı Azərbaycan hərbçiləri qarşısında duruş gətirə bilməyən düşmən zabit və əsgərləri gülünc vəziyyətə düşürlər. Bu görüntülər Azərbaycan hərbçiləri ilə Ermənistan hərbçiləri arasında fərqi açıq-aşkar göstərir.  

Həmin görüntüləri əlavə şərh vermədən təqdim edirik:

Digər xəbərlər
SON XƏBƏRLƏR