AMİP funksioneri: "Bizləri “razborkalarınıza” və intriqalarınıza qatmayın"

img

10-01-2014 [16:29]


"Mətbuatdan oxudum ki, Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu partiyasının Milli Şuradan çıxması barədə qərarından üzülüb. Tofiq bəyin də bu üzüntüsünü "Yeni Müsavat" qəzetinin baş yazarı Rauf Arif oğlu "anlamaq dərdi" ilə qarşılayıb və qəlbinin dərinliklərindən kecənləri qələmə alıb. Etibar Məmmədovun adını da öz ənənəsinə uyğun olaraq çəkib bu yazısında. Lakin görünən o ki, Rauf bəy dərd çəkmirmiş, həm də dərdə düşübmüş. O təkcə Tofiq Yaqublunun deyil (Allah və hakimiyyət tezliklə onun qapısını açsın), hətta, prezident İlham Əliyevin də, Ramiz Mehdiyevin də, Ramil Usubovun da, lap elə nehrəmli Hacı İbrahimin də dərdini çəkməkdədir. Bu qədər yükü görəsən hörmətli baş yazar necə daşıyır? Atalar demişkən, "Allah da dərdi "dərd çəkənə" verər". Sizin də qismətinizə belə yazılıbmış”. 

Bu fikirləri AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov öz facebook səhifəsində paylaşıb. R.Arifoğlunun Müsavat partiyasının başqani İ.Qəmbəri "ölkədə azsaylı strateqlərdən biri kimi qiymətləndirməsi”nı isə Əli Orucovun bu cür münasibət bildirdi: "Bu barədə Rauf bəyin fikri ilə razıyam. Doğrudan da, Azərbaycan müxalifəti daxilində parçalanma və gərginlik yaratmaq, müttəfiqlərini yarı yolda qoymaq, imzasından qaçmaq, eləcə də, həmişə korporativ maraqları hər şeydən üstün tutmaq üzrə hörmətli İsa bəy çöx güclü strateqdir. Bunu Rauf bəy deməsə də ölkədə demək olar ki, hamı bilir. Fürsətdən istifadə edərək onu da bəzi şəxslərin diqqətinə çatdırmaq istərdim ki, bizləri bitib-tükənməyən öz münaqişənizə, "razborkalarınıza” və intriqalarınıza qatmayın. Onsuz da sizlər belə şeylər öyrəncəklisiniz”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA