Milli Məclisdən deputatlara qadağa

img

09-01-2014 [16:04]


Azərbaycan Milli Məclisinə smartfon və android tipli telefonla giriş qadağan olundu. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğunun modern.az-a verdiyi məlumata görə, təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslərin bi tipli mobil telefonları əlindən alınacaq. Artiq bununla bağlı qərar qəbul olunub: "Bu qərar Milli Məclisə daxil olan hər kəsə aid olunacaq. Burada vəzifə bölgüsü aparılmayacaq. Deputatlardan tutmuş Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısının telefonu binaya daxil olarkən əlindən alınacaq. Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq bəzi avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır”.

Bütün dünyada belə bir təcrübənin olduğunu deyən Akif Təvəkküloğlu onu da bildirib ki, prosesə nəzarət etmək üçün hər bir şərait var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA