Tanınmış hüquqşünasdan Müsavata sərt təpki: “Maskalar cırıldı...”

img

08-01-2014 [16:42]




"Müsavatla Milli Şura davasından üzülən dostlara, xüsusən gənclərə sözüm, bu hadisədən üzülmək yox, sevinmək lazımdır”.

Mia.az Azvision.az-a istinadən xəbər verir ki, bu fikirləri müxalifətçi vəkil Aslan İsmayılov öz facebook səhifəsində bildirib.

Müsavatın Milli Şuradan getməsinə münasibət bildirən hüquqşünas maskaların cırıldığını qeyd edib: "Maskalar cırılır, müxalifətçiliyi biznesə çevirənlərin, bugünkü durumda minlərlə sadə vətəndaşların həyatını, ümidlərini puç eləyənlərin, insanların azadlığa, demokratiyaya olan məhəbbətini nifrətə çevirənlərin əsl sifətləri görünməyə başlayır.

Əksinə sevinin, birləşin, yarısovet təfəkkürlülərə yox, özünüzə güvənərək özünüzə, Vətənimizə layiq cəmiyyət qurun! Dəqiq bilin, intriqabazlıqla, oyunbazlıqla, ikiüzlülüklə, yaxınlarına, silahdaşlarınıza xəyanətlə yox, ancaq ləyaqətlə, ətrafdakılarla sayğı və məhəbbətlə, saflıqla, səmimiliklə, dürüstlüklə uğur qazanmaq olar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA