Tələbələrin biliyinin qiymətləndirilməsi... - Çoxballı sistemi tətbiq ediləcək
20-04-2021 [11:43]
Ali təhsil müəssisələrində tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi tətbiq edilir.
Bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Tələbələrin biliyini qiymətləndirmə sisteminə qoyulan tələblər aşağıdakıları təmin edir:
- təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsini;
- təhsilin keyfiyyəti üçün əsas göstərici olan “təlim nəticələri” haqqında etibarlı məlumat verilməsini;
- qiymətləndirmə vasitəsilə təhsilalanın bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn proqramlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılmasını;
- qiymətləndirmədə yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət etməsini.
Tələbə nailiyyətlərinin qiymətləndirilməsi tələbənin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq, bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:
- tələbənin nailiyyətinin (və ya geriləmələrin) izlənilməsi (monitorinqi);
- təlim prosesində nəticələrin qiymətləndirilməsi;
- fənn proqramının qiymətləndirilməsi.
Məzmun standartların mənimsənilməsi istiqamətində əsasən aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur:
- ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Tələbələrin malik olduqları əsas bilik və bacarıqların səviyyəsi və tədris edilmiş materialın hansı hissəsinin mənimsənildiyinin müəyyən edilməsi;
- irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə doğru tələblərin irəliləyə bilməsi;
- cari qiymətləndirmə. Cari qiymətləndirmə fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi;
- aralıq (yekun) qiymətləndirmə. Aralıq qiymətləndirmə təhsil proqramında hər bir modul və onun tərkib hissəsi olan təlim nəticələrinin tədrisinin sonunda təhsilalanların əldə etdiyi bilik, bacarıq və səriştələrin müəyyən olunması məqsədilə aparılır.
İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) tələbələrin biliyini müəyyənləşdirməyi və təlimin düzgün qurulmasını təmin edir. Tələbə irəliləyişlərinin monitorinqi (formativ qiymətləndirmə) vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən istifadə və ya tələbənin daha irəliyə addım atması üçün ona əlavə impulsun verilməsi barədə ehtiyaclar müəyyənləşdirilir.
Tələbə nailiyyətlərinin qiymətləndirilməsini həyata keçirmək üçün qiymətləndirmə meyarlarının müəyyən edilməsinə, qiymətləndirmənin aparılmasına və rəy (feedback) sisteminə, cari və aralıq semestr imtahanların təşkilinə dair tələblər müəyyən edilir.
Fənn proqramı üzrə qiymətləndirmə tələbənin təlim nəticələrinin məzmun standartlarına və fənn proqramlarına uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə aparılır. Tələbənin fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı semestr ərzindəki fəaliyyətə əsasən cari qiymətləndirmədən, digər yarısı isə imtahan nəticələrinə görə toplanır. İmtahan təlim nəticələri üzrə biliklərin qiymətləndirilməsi üzrə praktiki tapşırıqları da əhatə edə bilər.
Balların maksimum miqdarı aşağıdakı kimi müəyyənləşdilir:
- 50 bal imtahanın nəticəsinə görə;
- 10 bal dərslərə davamiyyətə görə;
- 10 bal tələbənin sərbəst işinə görə;
- 20 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinin nəticələinə görə; (Eyni fəndən həm seminar (məşğələ), həm laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılır).
- 10 bal kurs işinin hazırlanmasına və müdafiəsinə görə; (Fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinə əlavə olunur. Texniki profili ali məktəb tərəfindən müəyyənləşdirilir. Əgər fənn tədrisi yalnız mühazirə, seminar (məşğələ) şəklində nəzərdə tutularsa, bu zaman davamiyyətə və sərbəst işə ayrılmış ballar istisna olmaqla qalan 30 bal tədrisin bu növ göstəricilərinə görə hesablanır).
- İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olduqda tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunur.
- Tələbələrin nailiyyətlərini stimullaşdırmaq məqsədilə qabiliyyət dərəcəsinə görə diferensiallaşdırmaq üçün 6 səviyyəli (A, B, C, D, E, F) qiymətləndirmə standartları müəyyənləşdirilir;
- Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin bilik, bacarıq və səriştələri aşağıdakı müəyyənləşdirilmiş səviyyələr üzrə qiymətləndirilir:
- 51 baldan aşağı – “qeyri-kafi” – F;
- 51-60 bal – “qənaətbəxş” - E;
- 61-70 bal – “kafi” - D;
- 71-80 - “yaxşı” - C;
- 81-90 - “çox yaxşı” - B;
- 91-100 - “əla” - A.
- İmtahan vərəqlərində, tələbələrin qiymət kitabçalarında, diplomlara əlavələrdə və digər sənədlərdə tələbələrin fənlər üzrə qazandıqları ballar və onların hər işarələri qeyd olunmalıdır.
- Tələbənin biliyinin qiymətləndirilməsi üçün imtahanlar yazılı, şifahi və test şəklində aparılır. Bəzi fənlərin (mədəniyyət, incəsənət, idman və s.) xüsusisyyətlərindən asılı olaraq nəzəri suallarla yanaşı ixtisas üzrə qabiliyyət tələb edən tapşırıqlar da imtahan suallarına əlavə edilə bilər.
- Təhsil proqramlarının həyata keçirildiyi müddət ərzində tələbələrin fənn proqramı üzrə nailiyyətlərini qiymətləndirmək məqsədi ilə cari və aralıq qiymətləndirmə həyata keçirilir.
- Fənn proqramı üzrə semestr ərzində fənn müəllimləri tərəfindən hər bir tələbənin təlim nailiyyətinin cari qiymətləndirilməsi həyata keçirilir.
- Fənn proqramının tədrisi başa çatdıqdan sonra hər bir tələbənin fəaliyyətinin milli standartlara uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə fənn müəllimləri tərəfindən yazılı və şifahi formada aralıq qiymətləndirilməsi həyata keçirilir.
- Fənn proqramı üzrə tələbə nailiyyətlərini qiymətləndirmək və təhsil proqramlarını akkreditasiya etmək məqsədilə xarici və beynəlxalq qiymətləndirmələr də həyata keçirilə bilər.
- Tələbənin biliyinin qiymətləndirilməsinə dair şəffaflığın təmin edilməsi və tələbələrin şikayət sisteminin təşkili məqsədi ilə ali təhsil müəssisəsində Appelyasiya Komissiyası yaradılır. Qiymətləndirmənin nəticələri tələbəyə elan edildikdən sonra 3 gün müddətində tələbənin apelyasiya şikayəti vermək hüququ var. Appelyasiya Komissiyasının fəaliyyətini tənzimləyən qaydalar ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir/APA
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var