Medianın İnkişafı Agentliyinə mətbuat katibi təyin olunub

img

16-04-2021 [14:19]


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) yeni təyinat olub.

Məlumata görə, Səidə Şəfiyeva Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi) təyin olunub.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin məzunu olan Səidə Şəfiyeva daha əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya proqramları baş studiyasında müxbir, aparıcı və baş redaktor vəzifələrində çalışıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA