Milli Məclis tətildən yanvarın 15-də qayıdacaq

img

07-01-2014 [12:20]


Azərbaycan Milli Məclisi 2014-cü ildə fəaliyyətinə yanvarın 15-dən etibarən başlayacaq. MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, bu ilin yaz sessiyasında komitələrin iclası yanvarın 15-də başlayacaq. Parlamentin bu il ilk plenar iclası isə fevralın 1-də keçiriləcək.
A. Təvəkküloğlu deyib ki, yanvarın 15-dən başlayacaq komitə iclaslarında yaz sessiyasının qanunvericilik planına salınacaq məsələlər müzakirə olunacaq: "Hər komitə ayrı-ayrılıqda müzakirələrdən sonra parlamentin yaz sessiyasının gündəliyinə öz layihələrini təqdim edəcəklər”.
A. Təvəkküloğlu qeyd edib ki, MM-də akkreditasiya olunan KİV nümayəndələri yaz sessiyası ilə bağlı akkreditasiya məktublarını yanvarın 15-nə kimi təqdim etməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA