AXCP Müsavat Partiyasının müttəfiqlik təklifini qəbul etməyib

img

06-01-2014 [22:05]


Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin növbəti toplantısı keçirilib.

Bu barədə APA-ya məlumat verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı billdirib ki, iclasda Müsavat Partiyasının əməkdaşlıq sazişi haqqında təklifi də müzakirə olunub və qəbul edilməyib: "Hesab edirik ki, müttəfiqlik və əməkdaşlıq Milli Şura çərçivəsində davam etməlidir. Hazıırda Milli şuradan kənarda hər hansı əməkdaşlığa ehtiyac duymuruq”.
Xatırladaq ki, Müsavat Partiyası Milli Şurada təmsil olunan partiya və hərəkatlara əməkdaşlıq müqaviləsi təklif edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA