Arif Hacılıdan AXCP liderinə sərt ismarış

img

05-01-2014 [11:15]


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Facebook-da status paylaşıb. AXCP sədrinə və onun ətrafına ünvanlanan həmin statusu təqdim edirik: "Əli Kərimlinin mənə qarşı kampaniya aparan adamlarının indiki nəslinin nümayəndələrindən biri yazıb ki, guya mən İlham Əliyevdən nəsə istəmişəm. Ona cavabım budur:


Mənim İlham Əliyevə müraciətimin tam mətni mətbuatda dərc olunub. Həmin müraciət həyatımın şərəfli səhifələrindən biridir. Müraciətdə nə prezident sözü, nə də əfv sözü yoxdur. "12 Mart və 2 Aprel hadisələri cinayət sayılırsa, bu aksiyaların təşkilatçısı mən olmuşam . Məni həbsdə saxlayın, digərlərini isə Azərbaycanın maraqları naminə azad edin”, demişəm. Nəinki özüm, heç digərləri üçün də əfv istəməmişəm. "Azərbaycanın maraqlarını nəzərə alın”, demişəm!

Cəmil Ünalın, İsa Qəmbərin, Azərbaycanın digər həyatda olan əfsanəvi şəxsiyyətlərinin ləyaqət nümunəsi adlandırdığı müraciətimi əfv diləmək kimi təhrif etməyi mümkün sayan bir mənəviyyatın sahibisiniz!”

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA