“Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb - Yeni universitetlər yaradılacaq
31-03-2021 [17:13]
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.
Mia.az xəbər verir ki, iclası açan komitə sədri Bəxtiyar Əliyev hər il martın 31-də erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətinin qurbanlarının yad edildiyini diqqətə çatdırıb.
O, ermənilərin azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasətinin bu günlərə qədər davam etdiyini bildirib. Vurğulayıb ki, çoxlarımızın tarixi şahidi olduğu Xocalı soyqırımı da daxil olmaqla bütün bu qırğınlar xüsusi amansızlıqla həyata keçirilib. O, qeyd edib ki, azərbaycanlılara qarşı soyqırımlara daha ətraflı hüquqi-siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlayıb. Bu istiqamətdə görülən işlərdən danışan komitə sədri 1998-ci il martın 26-da Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın və Prezident İlham Əliyev tərəfindən imzalanmış “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın əhəmiyyətinə toxunub.
Mövzu ilə bağlı çıxış edən Elm və təhsil komitəsinin üzvləri - Ceyhun Məmmədov və Pərvin Kərimzadə Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırım siyasətinin dəhşətlərinə və miqyasına diqqət çəkiblər.
Sonra Bəxtiyar Əliyev komitə üzvlərinə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun fəaliyyəti barədə məlumat verib. O, 2020-ci ilin sentyabrında “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun tərkibinin yeniləndiyini və genişləndirildiyini, bu il yanvarın 22-də Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü və iştirakı ilə işçi qrupunun videokonfrans formatında görüşünün keçirildiyini qeyd edib. Komitə sədri bildirib ki, həmin görüşdə və ötən müddət ərzində parlament rəhbərinin tövsiyələri və daxil olan təkliflər nəzərə alınmaqla işçi qrupu “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantını hazırlayıb.
“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev qeyd edib ki, ilk dəfə hazırlanan bu qanun layihəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda irəli sürülən hədəflər nəzərə alınmaqla ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə hədəflənib.
Sənəd ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.
Komitə sədri yeni qanun layihəsinin ali təhsillə bağlı bir çox məsələlərə aydınlıq gətirdiyini, sənəddə dünya təhsil sistemindəki yeniliklərin və qabaqcıl təcrübənin Azərbaycan təhsilinin ənənələri və özünəməxsusluğu nəzərə alınmaqla əks olunduğunu bildirib.
İşçi qrupunun rəhbəri qeyd edib ki, ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafının təmini, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, Azərbaycanda elmi, iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması, tədqiqat universitetlərinin yaradılması məsələləri yeni qanun layihəsində nəzərə alınıb. Bundan başqa, distant təhsil, təhsil kreditləri kimi cəmiyyəti narahat edən məsələlərə də sənəddə geniş yer verilib.
Məsələ ilə bağlı çıxış edən komitə sədrinin müavini Musa Qasımlı, deputatlar - Eldar Quliyev və Etibar Əliyev hazırda təhsil sistemində mövcud olan bir sıra məsələləri dilə gətirərək yeni qanun layihəsində onların həllinin aydın və işlək mexanizmlərinin yaradılmasının vacibliyindən danışıblar.
Bəxtiyar Əliyev sənədin ilkin variantı üzrə təkmilləşdirmələrin, müvafiq təkliflərin daxil olmasının davam etdiyini qeyd edərək qanun layihəsi tam hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirəsinin keçiriləcəyini bildirib.
Onlayn iclasda komitə üzvləri – Ülviyyə Ağayeva, Tamam Cəfərova, Kamilə Əliyeva, Rafael Hüseynov, Afət Həsənova, Anar İsgəndərov, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Şahin Seyidzadə, Fatma Yıldırım və digər rəsmi şəxslər də iştirak ediblər.
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə