Əli Nağıyev DTX-nin yeni inzibati binalarının açılışını etdi, tapşırıqlar verdi - VİDEO
28-03-2021 [16:46]
Ümummilli lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncama əsasən, hər il mart ayının 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Mia.az xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülüb.
Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi yad edilmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur. Həmçinin Azərbaycan dövlətçiliyinin qorunması və torpaqlarının azadlığı naminə mübarizədə həlak olmuş milli təhlükəsizlik orqanlarının əməkdaşlarının da xatirəsi hörmətlə anılmış, məzarları üzərinə gül dəstələri düzülüb.
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai və Suraxanı rayon idarələrinin (Rİ) yeni inzibati binalarının təntənəli açılışı olub.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, DTX-nin kollegiya üzvləri, qeyd olunan rayon idarələrinin şəxsi heyətləri, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev və Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov iştirak ediblər.
Müasir standartlara və üsluba uyğun inşa edilmiş yeni tikililərin açılışını bildirən rəmzi qırmızı lentlər kəsildikdən sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlərə baxmışlar. Daha sonra tədbir iştirakçıları binaların otaqları və əməliyyatçılar üçün yaradılmış iş şəraiti ilə tanış olmuşlar.
General-polkovnik Əli Nağıyev DTX-nin Xətai və Suraxanı rayon idarələrinin yeni inzibati binalarının istifadəyə verilməsinə, ərazi orqanları əməkdaşlarının əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün davamlı olaraq yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev DTX-nin Xətai və Suraxanı Rİ-nin şəxsi heyətinə tövsiyə və tapşırıqlarını verib, əməkdaşları bir daha təbrik edərək onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Sergen Yalçın: "Rəqibin müdafiə xəttini aşa bilmədik"
SPİDLİ - Kəbutər Hakverdinin hekayəsi
İstanbul boğazı gəmilərə qapadıldı
500 minlik saat, xaricdə milyardlıq mülklər və... - Rövnəq Abdullayevin yaxın qohumu barədə sensasiyalı iddialar
Luis Diazdan het-trik - "Bavariya" qalib gəldi
Rusiya ordusu daha iki yaşayış məntəqəsini ələ keçirib - Açıqlama
İRANIN NÜVƏ BOMBASI VAR? - XİN başçısı dünyanı həyəcanlandırdı: "Nüvə bombamız böyük güclərə "yox" demək gücümüzdür"
"İnter" rəqibini 5 qolla məğlub etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ vitse-prezidenti Bakıya gəlir - Bu tarixdə (Yenilənib)
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?