AZƏRBAYCANIN XƏZƏRDƏKİ 3 TRİLYONLUQ YENİ QAZ YATAĞI: bu, Türkiyə, Rusiya, İran, Türkmənistan və Avropanı necə dəyişdirəcək? - TƏHLİL
28-03-2021 [17:01]
Güntay ŞİMŞƏK,
HABERTURK.COM
****
Türkiyə olaraq ötən il Qara dənizdə 405 milyard kub.metr təbii qaz ehtiyatı kəşf etdiyimizdə çox sevinmişdik.
Azərbaycan da 2020-də mövcud enerji qaynaqlarını zənginləşdirmək üçün apardığı axtarışlarda da bu il böyük bir uğura imza ataraq Xəzər Dənizindəki Şəfəq – Asıman Blokunda təxminən 3 trilyon kub metr təbii qaz kəşf etdi.
Həm Azerbaycan, həm də Türkiyə üçün gözəl xəbərdir. Zira, Xəzərin təbii qazını dünyaya bazarlayan boru xətti TANAP Anadoludan keçib, Avropaya Cənub Qaz Dəhlizi və onun son həlqəsi olan TAP boru kəməri vasitəsi ilə çatır. Bununla da Avopada qaynaq çeşidliliyi yaradır.

Xəzər təbii qazı bu ilin əvvəlindən etibarən, Yunanıstan və Albaniya üzərindən İtaliyaya çatıb. Mövcud həcmi ilə rəqabətçi olmasa belə, sabitləyəci rola sahiblənib.
Şərqi Aralıq dənizindən Avropaya mürəkkəb yollardan bahalı təbii qaz daşımaq istəyən Yunanıstan, Kipr, İsrail və Misiri də təəccübləndirəcək bir gəlişmə oldu və TAP ilə Avropaya daha çox Azərbaycan təbii qazının çatma imkanı ortaya çıxdı.

Yeni kəşf edilən Xəzər təbii qazı həcminə görə bölgəmiz üçün də önəmli mövqe formalaşdırır. Mövcud durumda kəmər vasitəsiylə Türkiyəni sabit şəkildə təbii qazla təmin edən iki ölkə var: Azərbaycan və Rusiya.
İran isə Xəzərdəki son kəşflə problemli tədarükçü rolunu artıq dəyişdirmək məcburiyyətində qalacaq. Ayrıca Azərbaycan qazı Xəzərdəki yeni ehtiyatı ilə birlikdə Anadoluya nəql ediləcək əlavə yüksək həcmlə Rus qazı qarşısında daha rəqabətçi olacaq.
Türkiyənin Qara dənizdə kəşf etdiyi təbii qaz ehtiyatını və sıxlaşdırılmış təbii qaz (əslində, maye qaz - Mia.az) tədarük imkanlarını da nəzərə aldıqda, ölkəmizin bu qədər qaynaq müxtəlifliyindən yararlanaraq ciddi qiymət üstünlüyü, rəqabət, hətta re-export (ixracat) imkanları əldə edə biləcəyi şəksizdir.
Ölkə olaraq hal-hazırda Rusiya, Azərbaycan və İrandan kəmər xətti ilə, Əlcəzair, Nijeriya başda olmaqla müxtəlif ölkələrdən sıxlaşdırılmış qazı gəmilərlə alırıq. Son illərdə Azırbaycan müxtəlif səbəblərdən Türkiyənin təbii qaz təminatında ilk sıraya yüksəlib.

Ancaq bütün hallarda ən böyük nəql imkanının Rusiyaya aid olduğunu xüsusi vurğulayaq. Şübhəsiz, bu müddətdə kəmərlə nəql olunan qazla rəqabətdə Türkiyənin təməl bazarının yaratdığı sıxlaşdırılmış maye qazın çox önəmli rol oynadığını qeyd etmək gərəkdir.
Fəqət, Azərbaycanın "Şahdəniz bloku" qədər geniş həcmli yeni böyük bir qaz ehtiyatı - "Şəfəq Asiman" Blokunda kəşf edilən 3 trilyonluq qaz enerji bazarı üçün olduqça ciddi gəlişmədir. Əgər Türkiyənin gərgin gündəmi olmasıydı, sözsüz ki, indi bu məsələni müzakirə edəcəkdik.
Qeyd edək ki, "Şəfəq-Asiman” blokunda kəşfiyyat işləri SOCAR və bp şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilir.

Yataq üzrə Hasilatın Pay Bölgüsü Sazişinin kəşfiyyat proqramına uyğun olaraq, qazma əməliyyatı dənizin 623 metr dərinliyində bp şirkətinin operatorluğu ilə aparılmış və SOCAR-ın törəmə şirkəti olan Caspian Drilling Company tərəfindən Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsi ilə yerinə yetirilib. Yəni Azərbaycan öz imkanlarıyla təbii qaz ehtiyatına çatıb.
Azərbaycan üçün Qarabağın işgalına son verilməsindən sonra gələn ikinci bu gözəl xəbəri Azərbaycan prezidenti İlham Əliyev də yüksək dəyərləndirib: "Bu gün biz ənənəvi tərəfdaşımız olan bp ilə bir neçə yeni layihə üzərində çalışırıq. Bunlardan biri də “Şəfəq-Asiman” perspektiv qaz strukturudur ki, burada artıq ilk quyunun qazılması müsbət nəticə ilə başa çatmışdır. Xəzərin Azərbaycan sektorunda, dənizin dərin hissəsində yeni yataqda ilk qaz-kondensat təzahürü bizim təsdiq edilmiş karbohidrogen ehtiyatlarımızın artmasına, və nəticə etibarı ilə ölkəmizin və bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə dəyərli töfhə verəcəkdir. Ölkəmizin təsdiq edilmiş təbii qaz ehtiyatları Cənub Qaz Dəhlizi və onun son həlqəsi olan TAP boru kəməri üçün də əlavə resurs mənbəyi ola bilər".

Xatırladaq ki, “Şəfəq-Asiman” yatağı Bakıdan 125 km cənub-şərqdə yerləşir. Blok 1100 kvadrat metr ərazini əhatə edir. Burada dənizin dərinliyi 650-800 metr təşkil etməkdədir. “Şəfəq-Asiman” strukturu 1961-ci ildə aparılmış seysmik kəşfiyyat vasitəsi ilə aşkar olunub. 7 oktyabr 2010-cu il tarixində SOCAR və bp şirkətləri arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında saziş imzalanıb. Sazişin müddəti 30 il, tərəflərin hər birinin iştirak payı 50% müəyyən edilib. Sazişə əsasən, bp şirkəti 2012-ci ildə “Şəfəq-Asiman” blokunda 3D seysmik ölçü işlərini yerinə yetirib. Əldə edilmiş məlumatların emalı və interpretasiyası əsasında tərəfdaşlar strukturda qazılacaq ilk kəşfiyyat quyusunun yerini müəyyənləşdirib və 2020-ci ildə quyunun qazılmasına başlayıb.

Bu yerdə qeyd edək ki, TANAP kəməri açılanda, bəzi ölkələrin enerji bürokratları kəmərin qalınlığına diqqət çəkərək “Azərbaycan bu borunu dolduracaq qazı haradan tapacaq?” eyhamını səsləndirirdilər. Şəxsən mənə də belə deyənlər olmuşdu. Həmin vaxt TANAP-la ilk mərhələdə illik 16 milyard kub.metr, daha sonra isə mərhələli formada 24 və 31 milyard kub.metr qaz nəql ediləcəyi açıqlanmışdı.
Bu cür müzakirələrin fonunda gözlər Azərbaycan-Türkmənistan anlaşmasıyla Türkmən təbii qazının bu tərəfə axma ehtimalına dikilmişdi. Bəli, Xəzərdəki mübahisəli sahələrlə bağlı iki ölkə, nəhayət, anlaşdı. Bununla da Türkmən qazı da Anadolu üzərindən Avropaya daşına bilər vəziyyətə gəldi. Amma indi aydın olur ki, əsl hədəf seysmik çalışmaları illər əvvəl aparılmış "Şəfəq-Asiman" Blokundakı təbii qaz qaynaqları imiş.
Türkmən təbii qazı da bu tərəfə doğru - TANAP və TAP-a yönələrsə, enerji siyasəti ciddi anlamda hərəkətlənəcək. Təsiri Şərqi Aralıq dənizində belə, rahatlıqla hiss ediləcək...
Tərcümə MİA.AZ-a məxsusdur.
Dövlət Agentliyi 279 min manata ofis icarəyə götürüb
"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib
Müğənnini "Maybach"da qarşılayan icra başçısından 163 min manatlıq "alış-veriş": vedrə, xəkəndaz, zibil torbaları və
Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək
Azərbaycanın iki idmançısı cəzalandırılıb - Dopinqə görə
Azərbaycandan Rusiya səfirinə tələb: “Cənab səfir, bizə cavab verin”
Lənkəranda məzar daşını sındıran şəxs həbs edildi
Cəbrayılda 40 yaşlı şəxs minaya düşüb
Qazaxda yanacaq daşıyan avtomobil yanıb, ölən var
Stomatoloqlar TƏBİB-in qərarına etiraz edirlər
“Mossad” İlham Əliyevdən sitat paylaşdı - FOTO
"Mən satqın deyiləm, iqtidar..." - Maduronu ABŞ-a satdığı iddia olunan vitse-prezident dilə gəldi
Həbsdə olan həkim azad edilib - Məhkəmə prosesi
Azərbaycan Kubokunun 1/4 finalı: oyunların vaxtı bəlli oldu
Sabah hava necə olacaq? - Proqnoz
Misli.az-ın etibarlılıq problemi: balans səhvi, pul silinməsi...
Gövhər Rzayeva: "Kişinin bir arvadı olar, ikinci arvadlıq heç nə gətirmir, onun ağlayanı da olmayacaq"
Müğənninin qardaşı: "O, Dubayda dəbdəbəli toyda iştirak etməyib”
“Azər Türk Bank” ASC-nin baş direktoru vəzifəsinə yeni təyinat olub
Azərbaycanda bu qəzet və jurnal bağlandı
Azərbaycan beş gəmisi niyə sanksiyaya məruz qalıb? - Təfərrüat
Yunan jurnalistin Ərdoğanla bağlı sərsəmləməsinə sərt reaksiya: "Cəsarət edən varsa, hodri meydan!"
Təbriz, Ərdəbil və Zəncana əlavə təhlükəsizlik qüvvələri yeridilib
6 günlük sirr çözüldü: Suriya prezidenti və köməkçisi iclasda vurulubmuş - İngilislər Şaranı qoruyub
"Sosial eksperiment" adıyla əvvəl bir manat, sonra isə... - Xırdalanda dələduzluq edən şəxs tutulub
MADURO VƏ XANIMI DÖYÜLÜB? - ABŞ "Əməliyyat zamanı qaçarkən başları ora-bura çırpılıb", - deyir
Çində zəlzələ olub - Uyğur bölgəsində
Gəncədə 17 yaşlı gənc 23 yaşlı daşkəsənlini öldürdü
Azərbaycan nefti cüzi ucuzlaşıb
Vaqif Hacıbəylinin səhhətində problem yaranıb: "Bu gün Yeni Klinik Xəstəxanaya yerləşdirdik"
Siqaretlərin qiymətləri 50-60 qəpik qalxıb - Dövlət Agentliyi indi "yuxudan ayılıb"
Qazlı içkilər, şokolad və şirniyyat məhsulları, pizza, tort, sendviçlər... - Bu ölkədə bunların reklamı qadağan edildi
Venesuelada xarici jurnalistlər saxlanıldı
Filippində güclü zəlzələ oldu - 6.4 bal gücündə
Kollecə direktor müavini və icraçısı təyin olunub
"Fənərbağça"nın qolkiperi komandadan ayrılır
AVROPANIN İKİ ƏSAS ÖLKƏSİ UKRAYNA İLƏ BAĞLI ANLAŞDI - Makron Ankaraya eyham vurdu, "Türkiyə dəniz müdafiəsində istəklidir" dedi
İstefa verən daha bir deputat Ərdoğanın partiyasına qatılır
Türkiyə şokda: məşhur şəxslərin qanında kokain aşkarlandı - Narkotestin cavabları açıqlandı (SİYAHI)
"Fənərbağça"nın məşhur oyunçusuna sürpriz təklif var
Şeyma Subaşı ifadəsində etiraf etdi: "Narkotik qəbul edirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Super Kubok: "Qalatasaray"ın rəqibi bəlli oldu
Beynəlxalq Avrasiya Mətbuat Fondu Qarabağda mina axtaracaq - ANAMA 7 milyondan çox pul ayırdı
Rəsmi Ankaradan Suriyadakı SDQ qruplaşmasına sərt xəbərdarlıq: "Silahları yerə qoyun!"