Müsavat cəza tələb edir - Qazi intiharı

img

27-12-2013 [15:22]


Müsavat Partiyası üzləşdiyi haqsızlıqlar üzündən özünü yandırararaq intihar etmək təşəbbüsü göstərən Qarabağ qazisi Zaur Həsənovla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir:

"Bibiheybət qəsəbəsində yerləşən obyektinin qanunsuz sökülməsinə etiraz olaraq Qarabağ qazisi Zaur Həsənov dekabr 25-də Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında özünü yandıraraq, intihara cəhd edib.
Yayılan məlumatlardan aydın olur ki, Qaqrabağ qazisi Zaur Həsənov ona bələdiyyə ilə bağladığı müqavilə əsasında 2015-ci ilin sonuna qədər işlətmək üçün verilən yerin ondan qeyri-qanuni alınmasına və bu müqavilənin məhkəmə tərəfindən etibarsız edilməsinə etiraz edib. Lakin onun bu etirazı əlaqədar təşkilatlar tərəfindən heç bir araşdırılma aparılmadan qəbul edilməyib".

Müsavat Partiyası bunu faktiki olaraq cəmiyyətdəki real vəziyyətin, istər Qarabağ qazilərinin, istərsə də cəmiyyətin aztəminatlı hissəsinin acınacaqlı həyatından doğmuş bir hadisə kimi dəyərləndirir: "Azərbaycanda korrupsiya, məmur özbaşınalığı, eyni zamanda insanların öz hüquqlarını məhkəmə vasitəsilə təmin edə bilməməsi belə acınacaqlı hadisəyə gətirib çıxarıb. Hazırda ölkədə hər gün onlarla insan, vətəndaş məhz məmur özbaşınalığına, qanunların icra olunmamasına, haqlarının təmin edilməməsinə etiraz olaraq özünə qəsd etməyi düşünür. Ölkədə demokratik şərait olmayınca, sosial ədalət təmin edilməyincə bu tipli hadisələrin tez-tez baş verməsi ehtimalları mövcuddur. 

Müsavat Partiyası bu məsələdə birbaşa günahkar olan adamların dərhal məsuliyyətə cəlb olunmasını və cəzalandırılmasını tələb edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA