QHT rəhbərləri PA qarşısında aksiya keçirdi - FOTOLAR

img

27-12-2013 [14:39]


Bu gün saat 14-də bir qrup qeyri-hokumət təşkilatının təmsilçisi Prezident Administrasiyasının önündə etiraz aksiyası keçirib. 

Musavat.com-un reportyoru Fərahim İlqaroğlunun verdiyi məlumata görə, etiraz aksiyası keçirənlər arasında tanınmış QHT rəhbərlərindən - iqtisadçı Qubad İbadoğlu, hüquq müdafiəçiləri Mirvari Qəhrəmanlı, Mehriban Zeynalova, İntiqam Əliyev, Azər Mehtiyev, Elçin Abdullayev, Elşən Həsənov, Elxan Mehtiyev və başqaları da var.


Onlar QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə edilmiş son dəyişikliklərə etiraz edirlər.










Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA