Milli Məclis bu gün qış tətilinə çıxır

img

27-12-2013 [11:23]


Bu gün Milli Məclisin payız sessiyasının son iclası keçiriləcək. Bugünkü iclasdan sonra millət vəkilləri tətilə çıxaracaq.

İclasın gündəliyinə 29 məsələ daxildir. Bunlar Ombudsmanın, Ali Məhkəmə sədrinin, hakimlərinin, Konstitusiya Məhkəməsi hakimlərinin aylıq vəzifə maaşlarının artımı ilə bağlı sənədlər, o cümlədən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə bağlı bir neçə sənədə dəyişikliklər, Cinayət və Mülki məcəllələrə dəyişiklər və daha bir sıra qanunlara dəyişiklər, eləcə də "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin təsdiqi ilə bağlıdır.

Bu gün keçiriləcək iclasda həmçinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət də qəbul olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA