Müsavatdan İbrahimbəyovun istefasına - Reaksiya

img

26-12-2013 [17:08]


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri statusundan istefa verməsinə münasibət bildirib.

Arif Hacılı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyovun Mili Şuranın həmsədri, nə də fəxri sədri olması indiki durumda Azərbaycan müxalifətinin xeyrinədir: "Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır. Onun Rusiya qarşısında müəyyən öhdəlikləri var. Orada öz peşə fəaliyyəti ilə məşğuldur. Buna görə də Rusiyadan xeyli dərəcədə asılıdır.

Arif Hacılı qeyd edib ki, Rüstəm İbrahiməbəyovun Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyi ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu barədə olan fikirlərini də qəbul etmir:” Çünki Müsavat Partiyası Milli Şuranın yaranmasında aparıcı qüvvə olub. Seçki prosesinin aparılmasında, Mill Şuranın təşkil etdiyi aksiyalarda aktivliyi ilə seçilib. Milli Şuranın qərarlarını yerinə yetirməyə çalışıb. Ona görə də Rüstəm İbrahimbəyovun problemin mahiyyətini dərk edərək fəxri sədrlikdən istefa etdiyini düşünürəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA