ALP hakimiyyəti təcili islahatlara başlamağa çağırdı

img

26-12-2013 [16:02]



Azərbaycan Liberal Partiyasın bəyanat verib. MİA-ya daxil olan bəyanatda deyilir: 

Azərbaycan məmurlarının özbaşınalığı nəticəsində öz mülkiyyətindən, ailəsinin dolanışıq məbəyindən məhrum olmuş, qanunsuzluqlardan bezmiş Qaranbağ müharibəsi əlili Zaur Həsənov Azərbaycan Həmkarlar İttfaqları Konfedersiyasının binası qarşısında övladlarının gözü önündə özünü yandırmaqla intihara cəhd etmiş və ağır bədən xəsarətləri almışdır. 

Azərbaycan Liberal Partiyası müharibə əlilini özünü yandırmağa məcbur edən total məmur özbaşınalığını qətiyyətlə pisləyir, iqtidarı Z.Həsənovun özünü ldürməyə cəhd etməsində təqsirli şəxslərin dərhal məsuliyyətə cəlb olunmasına və cəzalanmadırılmasına çağırır. 

 ALP hesab edir ki, Z.Həsənovun özünü yandırmasının əsl səbəbi, dərin kökləri ölkədə hökmranlıq edən kütləvi qanunsuzluqda, demokratiyanın yoxluğunda və bundan irəli gələn sosial ədalətsizlikdə və məmur harınlığındadır. 

ALP hesab geniş xalqı kütlələrinin ağır, dözülməz sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırmaq üçün ölkədə məmurları ictimai nəzarət altında saxlayan köklü siyasi islahatların dərhal başlanmasına böyük ehtiyac vardır və ölkə iqtidarını bu islahatları keçirməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA