İsa Qəmbərdən məhkəmə açıqlaması: “Məzhəkədir”

img

24-12-2013 [16:39]


Müsavat başqanı İsa Qəmbər "İsmayıllı işi” ilə bağlı gedən məhkəmə prosesini dəyərləndirib. İ.Qəmbər musavat.com-a bildirib ki, bu, məhkəmə yox, məzhəkədir: "Vəkillər nə bacarırlarsa edirlər. Həmişəki kimi cəsarətli və peşəkar şəkildə müdafiə edirlər. Tofiq Yaqublu və İlqar Məmmədov isə formadadır. Onlar haqqı-ədaləti qoruyurlar.
Bu hadisələrdə günahsızlar tutulub, əsl baiskarlar azadlıqda gəzir. Cəmiyyət bu ədalətsizliyə etiraz etməlidir. Günahkarların cəzalandırılmasına, xalqa qarşı həqarət, hörmətsizlik göstərənlərin qanun qarşısında cavab verməsinə nail olacağıq. Buna inanıram və həmin günün yaxınlaşması üçün müsavatçı, cəbhəçi, gənclərimizlə birlikdə mübarizəmizi davam etdiririk”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA