Əli Ömərovun qardaşı Milli Şuradan istefa verdi

img

23-12-2013 [13:19]


"Milli Şuranın taktika və strategiyasını baxışlarıma uyğun saymadığım üçün qurumdan istefa verirəm”. Bu sözləri "Yeni Müsavat” a açıqlamasında Milli Şuranın artıq keçmiş üzvü Zakir Əliyev deyib.

Yada salaq ki, Zakir Əliyev Milli Şurada El hərəkatının təmsilçilərindən idi. Milli Şuradan gedişinin səbəbləri ilə bağlı geniş açıqlama vermək istəmədiyini deyən Z.Əliyev bundan sonra ölkənin ictimai-siyasi həyatından tam uzaqlaşacağını vurğulayıb.  

Onu da bildirək ki, Zakir Əliyev keçmiş baş prokuror Əli Ömərovun doğma qardaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA