Əli İnsanov bu gün qərar verəcək

img

23-12-2013 [13:12]


Ali Məhkəmənin Plenumunun keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı çıxardığı qərar artıq vəkillərə çatdırılıb. Bunu Əli İnsanovun vəkili Toğrul Babayev AzNews.az-a bildirib. Vəkilin sözlərinə görə, bu gün Plenumun qərar Əli İnsanovla müzakirə ediləcək: "Müzakirədən sonra qərarla bağlı hansı addımlar atacağımızı müəyyən edəcəyik. Əli İnsanov bu gün olacaq görüşdə qərar verəcək”. Qeyd edək ki, Ali Məhkəmənin Plenumunun qərarına əsasən, sabiq səhiyyə naziri Əli İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib. Birinci məhkəmə instansiyasının qərarı dəyişdirilməyib və Ə.İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA