Zalkaliani: “Gürcüstan regional platformalardan kənarda qala bilməz”

img

03-03-2021 [15:40]


“Gürcüstan regional platformalardan kənarda qalmamalıdır”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

“Biz anlayırıq ki, bölgədə sabitliyin qorunması Türkiyə üçün çox önəmlidir. Amma bu platformalarda yer alan ölkələr mütləq digər ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət etməlidir. Amma bunu da qeyd etməliyəm ki, Gürcüstan bu platformalardan kənarda qalmamalıdır”, - deyə D. Zalkaliani bildirib/APA.

Gürcü nazir deyib ki, Gürcüstan qonşuları – Azərbaycan və Ermənistana Tbilisini iqtisadiyyat, biznes, insanlar arasında münasibətlər və mədəni əməkdaşlıqla bağlı konkret layihələrin müzakirəsi üçün platforma kimi təklif edir. O, XİN başçısı Azərbaycan və Ermənistanın bu təklifi dəyərləndirəcəyinə ümidvar olduğunu bildirib: "Gürcüstan regionun əsas ölkələrindən biri kimi bölgədə baş verən önəmli proseslərdən və reallaşdırılan layihələrdən kənarda qala bilməz".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA