Müsavat rəhbərliyindən istefa, başqanın xanım müşaviri partiyadan getdi

img

20-12-2013 [13:12]


İsa Qəmbərin müşaviri Yeganə Hacıyeva Müsavat partiyasından istefa verib. Bu barədə Yeganə Hacıyeva Facebook hesabında yazıb:

"Dostlar, bir neçə həftədir hər şey barəsində ətraflı düşünmək imkanım oldu və düşündüm. Yaşadığımız siyasi hadisələri analiz etdim və bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qaldım. Nəhayət, qərara aldım ki, Azərbaycan cəmiyyətinin maraqları partiya maraqlarından daha üstün və faydalıdır. Bu maraqlar, hadisələrə düzgün qiymət vermək imkanından başlamış, ona doğru istiqamət verməyə, onu yalnız birliyin gücü ilə pozitivə çevirməyə qədər geniş bir sistemli fəaliyyətdir. Amma çox təəssüf ki, bunu uzun illər qarşılıqlı fayda gördüyüm təşkilatda həyata keçirə bilmirəm və bu gündən müstəqil olduğumu bəyan edirəm. Bu başdan bəyan edirəm ki, heç bir ittihama cavab vermək fikrim yoxdur. Cəmiyyət üçün daha faydalı qərarların yanında olmağım və icrasında iştirakım hər şeyə aydınlıq gətirəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA