Avropa ölkəsi fövqəladə vəziyyət elan etdi - COVID-19 vurusuna görə

img

01-03-2021 [16:00]


Finlandiya hökuməti COVID-19 vurusuna yoluxmalardakı artım ilə bağlı fövqəladə vəziyyət elan edib.

“Reuters” xəbər verir ki, artıq sərhədlərini bağlamış ölkədə həmin qərar çərçivəsində həmçinin məktəbləri bağlamaq, bölgələr arasında gediş-gəlişə məhdudiyyət gətirmək nəzərdə tutulur.

“Hökumət təmasları azaltmağın zəruri olduğu qənaətindədir. Hazırda hər kəs yazın və yayın necə dönəcəyinə təsir etmək üçün fürsətə malikdir”, - deyə baş nazir Sanna Marin mətbuat konfransında bildirib.

Avropada koronavirusdan az ziyan çəkmiş ölkələrdən olan Finlandiyada indiyədək 58.064 yoluxma, o cümlədən 742 ölüm hadisəsi qeydə alınıb. Hazırda xəstəxanalarda 210 nəfər koronavirus xəstəsi müalicə olunur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA