Müsavat “El”ə əməkdaşlıq sazişi təklifi etdi

img

19-12-2013 [17:53]


Müsavat Partiyasının başqanı və rəhbərliyinə daxil olan şəxslərin müxalifət təşkilatları ilə əməkdaşlıq üçün başlatdığı görüşlər davam edir. Növbəti görüş dekabrın 19-da saat 15-dən 17-dək "El” hərəkatının rəhbərliyi ilə olub. Bu barədə "Yeni Müsavat”a Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Onun dediyinə görə, görüşdə ictimai-siyasi vəziyyətdən tutmuş əməkdaşlıq məsələlərinə qədər müzakirə edilib. Müsavat Partiyası "El” hərəkatına əməkdaşlıq sazişi ("El” hərəkatı siyasi partiya yox, ictimai təşkilat olduğu üçün müttəfiqlik sazişi deyil əməkdaşlıq təklif edilib )imzalamaq təklifi eləyib. Bu təklif görüş iştirakçıları tərəfindən müsbət qarşılanıb. Amma yekun qərar verilməsi üçün "El” hərəkatının idarə heyətinin toplanması və təklifin müzakirəsi məqsədəuyğun sayılıb.

Görüşdə Müsavat Partiyasından başqan İsa Qəmbər, Məclis sədri Arzu Səmədbəyli, Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və Gülağa Aslanlı, EL Hərəkatından sədr Eldar Namazov, Ali Məclis sədri Eldəniz Quliyev, İdarə Heyətinin üzvləri Zəfər Quliyev və Köçəri Nağıbəyli iştirak ediblər.
Görüş Eldəniz Quliyevin sədri olduğu Ziyalılar Birliyinin ofisində keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA