Gürcüstan vətəndaşlığının bərpası müddəti uzadılır

img

25-02-2021 [14:44]


Gürcüstandan kənarda yaşayan şəxslərə ölkə vətəndaşlığının saxlanılması və bərpası üçün əlavə müddət təqdim olunacaq.

Bununla bağlı Gürcüstanın "Vətəndaşlıq haqqında" qanununa dəyişikliklər nəzərdə tutulub.

Layihəyə əsasən, müddət 2022-ci ilin dekabrın 31-dək uzadılacaq.

Sənəddə qeyd olunub ki, Gürcüstanın keçmiş vətəndaşları, həmçinin 15 avqust 2018-ci il tarixinədək vətəndaşlığını itirməyən şəxslərə vətəndaşlıqlarını bərpa etmək və ya saxlamaq hüququnu həyata keçirmək imkanı veriləcək.

Bununla yanaşı, 1993-cü ilə qədər doğulan və digər ölkə vətəndaşlığını almayan şəxslər də qeyd olunan tarixədək Gürcüstan vətəndaşlığı ilə bağlı müvafiq orqanlara müraciət edə bilərlər.

Gürcüstan parlamentinin Diaspor komitəsindən bildirilib ki, 2020-ci ildə Gürcüstanın 1 217 nəfər keçmiş vətəndaşı vətəndaşlığın bərpası, 3 186 Gürcüstan vətəndaşı isə vətəndaşlığın saxlanılması ilə bağlı müraciətlər təqdim ediblər.

Qeyd edək ki, 1990-cı illərin əvvəllərində Gürcüstanda yaşayan soydaşlarımız arasında Azərbaycana üz tutanlar üstünlük təşkil edib. Onların əksəriyyəti Gürcüstan vətəndaşlığından imtina edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR