NİDA-çıların məhkəməsi sabaha qaldı

img

18-12-2013 [13:46]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvünə qarşı açılmış cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məhkəmə prosesini izləyən əməkdaşı xəbər verir ki, təqsirləndirilən İlkin Rüstəmzadə prosesin audio və video çəkilişinin aparılması üçün vəsatət qaldırıb. Lakin onun vəsatəti təmin olunmayıb.

Prosesdə Şahin Novruzlunun ibtidai istintaqa verdiyi ifadə oxunub. Daha sonra Ş.Novruzlu məhkəməyə verdiyi ifadədə bildirib ki, o, bu ifadəni təzyiq altında verib. O, təxridxanada saxlanılarkən döyüldüyünü, təhdid edildiyini və hətta dindirilmə zamanı 4 dişinin sındırıldığını söyləyib. Ş.Novruzlu bu səbəblərə görə, ilkin ifadəsindən imtina etdiyini bildirib.

Məhkəmə sabah- dekabrın 19-u saata 10:30 saxlanılıb.

Qeyd edək ki, bu ilin martında Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və NİDA üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA