Tərtərdə mülki şəxs minaya düşdü - 45 yaşlı şəxs ağır yaralanıb

Tərtərdə mülki şəxs minaya düşdü - 45 yaşlı şəxs ağır yaralanıb

CƏMİYYƏT

22.02.2021, 19:09

Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan Mia.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR