Qarabağda şəhid olan sabirabadlı kapitan Nurlan Zeynalov...
22-02-2021 [16:37]
Şahnaz Şahin
***
Atalardan qalma bir məsəl var, deyərlər ki, ağalıq verimlədir, igidlik vurumla. Bu ikisi də bizim xalqımızda var! Şahanəlik, ağayanalıq millətin qanından, genindən qaynaqlanır, igidlik də ki, yenə əcdadlarından, atalarından, ulu babalarından...
Bir də onu da deyib gediblər ata-babalarımız, deyiblər ki, qarı düşmən dost olmaz, yedirtsən yağı, balı!.. Amma elə yedirtdik, elə yedirtdik, özü də illərlə, əsrlərlə. Dönə-dönə naxələf çıxdılar, yedikləri qabı çevirdilər, özümüzə qoyulmadıq, bağışladıq, bağışlamaqla bərabər unutduq da! Bəlkə də unutdurdular, zorla, unutmağa məcbur etdilər...
Yadıma sovet hakimiyyəti vaxtı Bakının ən gözəl istirahət məkanı kimi tanınan, ən hündür yeri sayılan Dağüstü park düşür, indiki Şəhidlər xiyabanı. Sən demə bu park elə şəhidlərin məzarının yerində salınıbmış, üstündə də Kirovun sağ qolunu irəli uzadıb beş barmağını da bizim gözümüzə soxduğu heykəli...
Onda da unutdururmağa, yaddaşımızdan silməyə çalışırdılar, çünki qorxurdular, damarımızdakı türk qanının coşmasından çəkinirdilər. Amma tarixi silməkmi olar, 1990-cı il 20 Yanvar qırğını itən yaddaşımızın bərpasına vəsilə oldu. Milli ruhu oyandı millətin, yetmiş ildə tək qollarına deyil, elə beyninə, düşüncəsinə vurulan zəncirləri də qırıb tökdü...
Azad, müstəqil yaşamağın yolu qandan keçirmiş, keçdi və qazandığı azadlığı həm də qoruyub saxlaya bildi. Həm də Azərbaycan Azad və Müstəqil Respublika kimi aradan keçən bu illər ərzində daha da möhkəmləndi, inkişaf etdi. Bu dəfə başına gətirilənləri unutmadı.. Bu yerdə qulağıma M. Arazın səsi gəlir:
Nə yatmısan, qoca vulkan, səninləyəm,
Ayağa dur, Azərbaycan, səninləyəm!..
...Hanı sənin tufan yıxan,
gurşad boğan, yurda oğul oğulların!
...Qara çoban, Dəli Domrul oğulların...
Dost bilib yuxarı başa çəkdiklərimizin də iç üzü göründü, daha gizlənməyə yer də tapmayanda açıq hücumlara başladılar. Beləcə Qarabağ zorla əlimizdən alındı, əhalisi qovuldu, gülləyə tutuldu, yandırıldı, süngülərə taxıldı, bir sözlə əsrlər öncə İrəvanda və ölkəmizin müxtəlif bölgələrində törətdikləri qanlı cinayətləri təzələdilər. Dişində şirə qalan düşmən indi də zamanla olanların unudulacağını gözləsə də əksini gördü...
Səbri tükənən xalq bu dəfə heç nəyi bağışlamadı, unutmadı, unudulmasına imkan vermədi. Nəhayət lazım olan vaxt yetişdi və Ali Baş Komandan müharibəyə başlamaq əmri verdi. Çünki ayrı yol qalmamışdı, həmin o “gurşad boğan, tufan yıxan, yurda oğul olan oğullar” yetişmişdi, Azərbaycanın ərazi bütövlüyünü canları ilə qorumağa hazır olan oğullar...
Zeynalov Nurlan Rəfail oğlu belə oğullardan idi. O, 25 noyabr 1989-cu ildə Sabirabad rayonunda anadan olmuşdur. Orta təhsilini 1996-2007-ci illərdə M.Ə.Sabir adına 1 saylı şəhər
tam orta məktəbində alan Nurlan, orta məktəbi əla qiymətlərlə başa vuraraq elə həmin ildə də Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuşdur. 2011-ci ildə Universiteti bitirmiş və oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə, Quru Qoşunlarında xidmət etməyə başladıqdan az sonra Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində 4, 5 ay müddətində xüsusi təlimlərdə iştirak etmək üçün göndərilmişdir. Bu təlimləri uğurla başa vuran Nurlan Züynalova leytenant rütbəsi verilmiş və o yenidən xidmət etdiyi hərbi hissəyə dönmüşdür. Burada iki il müddətində Vətənə qüsursuz xidmət edən leytenant Nurlan 2013-cü ildə Ordu sıralarından tərxis olunaraq yaşadığı Sabirabad rayonuna qayıtmışdır.
2014-2017-cü illərdə regional ASAN xidmət mərkəzində Natoriat kontorunda aparıcı mütəxəssis kimi işə başlayan gənc,elə iş yerində də gələcək həyat yoldaşı Kübra xanımla tanış olaraq ailə qurmuşdur. 2017-ci ilin may ayından 2019-cu ilədək isə özəl şirkətlərin birində Kadrlar şöbəsinin rəisi vəzifəsində çalışaraq özünü bacarıqlı işçi kimi göstərmiş və yalnız müsbət keyfiyyətləri ilə diqqət çəkmişdir. 2019-cu ilin iyun ayında Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda Kadrlar şöbəsinin rəisi kimi işə başlamışdır. Lakin həmin vaxtlar ermənilərlə sərhədyanı zonalarda vəziyyətin gərginləşməsi bir azərbaycanlı kimi onu da narahat edirdi.
İkinci Qarabağ müharibəsinin başlanması xəbəri Nurlanın ürəyinə işıq kimi doldu, elə 27 sentyabr günü, çağırış gözləmədən cəbəhəyə getmək üçün hazırlaşmağa başladı. 28 sentyabr 2020-ci ildə hərbi Komissarlığa müraciət edərək Gəncədə xidmət etdiyi hərbi hissəyə yola düşdü. Burada o, əsgərlərin bölgüsü aparılan zaman inadla “Həmlə” taborunda xidmət etmək istədiyini bildirir. İstəyi nəzərə alınaraq Nurlan da Xüsusi Təyinatlı Qoşunların əsgər və zabitlərindən ibarət olan bu taborun tərkibində döyüşlərə qatılır.
Döyüş yolu Murov dağ ətrafından başlayaraq Füzuli, Zəngilan, Xocavənd ərazilərindən keşmiş, bölük komandiri kimi ağır və çətin döyüş planlarının yerinə yetirilməsində iştirak etmişdir. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində iştirak etmiş, neçə yaralı əsgərin ilk tibbi yardım göstərilərək döyüş meydanından təxliyyə olunmasında köməklik göstərmişdir. Əldə olunan hər qələbə, geri qaytarılan hər kənd, hər rayon bizim cəsur hərbçilərimizin canı, qanı bahasına başa gəlirdi. Ən çətin məqamlarda ən doğru qərarları qəbul edə bilən bir komandir idi Nurlan Zeynalov!... Təkcə 9 noyabr 2020-ci il Xocavənd uğrunda gedən döyüşlərdə 71 kənd, 8 yüksəklik düşməndən geri alınmışdı. Amma bu döyüş Nurlan üçün sonuncu döyüş olmuş, o, snayperdən açılan atəş nəticəsində şəhidlik məqamına ucalmışdır...
...2783 igid,
2783 heyrət.
2783 oğul
Torpağa can verdi, yurda fəxarət!..
Nurlan Sabirabad Şəhidlər Xiyabanında dəfn edilmiş və ölümündən sonra “Vətən uğrunda”, “ Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Son dəfə noyabr ayının 7-də ailəsi ilə əlaqə saxlayan Nurlan müharibənin teşliklə bitəcəyini və qələbə ilə evə qayıdacağını bildirərək sevincini paylaşmışdı...Anası Məleykə xanım boğazına yığılan qəhəri udaraq:- “Üç yaşından onun fərqli uşaq olduğunu hiss etmişdim, ağıllı baxışları vardı, yetkin düşüncəyə sahibdi, adamı incitməzdi, o zaman da indiki kimi qayğıkeş və istiqanlı idi... Nurlan məsləhət yerimiz, güvəndiyimiz insan idi, onunla dağı dağ üstə qoya bilərdin...”
Atası Rəfail də ürək yanğısı ilə söz açır, deyir ki, uşaqlıqdan elmə böyük həvəsi vardı, harda itirsən kitabların arasında tapardın. Bir də hərbçi peşəsinin vurğunu idi... Vətən onun amalı idi, amalı yolunda da getdi, Vətən sağ olsun!..
Həyat yoldaşı Kübra xanım Nurlanla keçən günləri xatırladıqca üzünə xəfif bir təbəssüm qonur, gözləri işıqlanır, deyir ki, Nurlan çox qızın xəyal etdiyi oğlanlardan idi, mənə biganə olmadığını hiss etmişdim... Evləndikdən sonra Nurlan daha qayğıkeş, daha diqqətli olmuşdu, onunla həyatım bir sevgi nağılına bənzəyirdi. Sanki röyada idim, oyanmağa qorxurdum... Onunla birgə yaşadığım illərin oduna bir ömür isinə bilərəm... O, xoşbəxt edəndə xoşbəxt olan insan idi!
Haşiyə:- Nurlan Zeynalov o qədər qayğıkeş idi ki, Kübranın ali təhsil almaq arzusunu reallaşdırmağa vəsilə olmuş və özünün xəbəri olmadan onun bütün sənədlərini toplayaraq ali məktəbə təqdim etmişdi. Kübra hazırda Bakı Biznes Universitetində təhsil alır.
Nurlan Zeynalovun bir qız övladı var, adı Nuray, bu qız hələ indi dil açır, amma çox şeyi hiss edir, məsələn anasının, nənəsinin göz yaşlarına göz yaşı ilə cavab verir. Ağlama, Nuray, ağlama.., Azərbaycanın minlərlə igid oğlu sənin kimi körpə balaların bircə təbəssümü üçün can verdi! Sən bu torpağın şərəfini öz şərəfi bilən zabitin övladısan, sən azad Qarabağ torpaqlarında fəxrlə gəzəcəksən və başını daim uca tutacaqsan!.
Mia.az
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb