Soçidə Rusiya və Belarus prezidentləri görüşüb

img

22-02-2021 [16:28]


Soçidə Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilir.

BelTa-nın verdiyi xəbərə görə, görüş A. Lukaşenkonun Rusiyaya səfəri çərçivəsində baş tutub. 

Prezidentlər Rusiya-Belarus münasibətlərinin inkişafı, hərbi təhlükəsizlik, inteqrasiya strukturlarında əməkdaşlıq, meydana çıxan çağırışlara birgə cavabın verilməsi kimi məsələləri müzakirə edəcəklər. Onların beynəlxalq gündəmə dair fikir mübadiləsi aparacağı da gözlənilir.

Müzakirələrdən sonra Rusiya və Belarus liderləri birgə nahar edəcək və xizək sürəcəklər/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA