Dövlət Xidmətinə yeni rəis təyin olundu - Azad Cəfərli kimdir? + FOTO
GÜNDƏM
22.02.2021, 15:15
Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azad Məhyəddin oğlu Cəfərli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, A.Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin 1999-cu ildə “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr, 2001-ci ildə “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr, Cenevrə İnsan hüquqları Akademiyasının Beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi (L.L.M.) dərəcələrini alıb. “İşğal olunmuş ərazilərdə mədəni sərvətlərin qorunması” mövzusunda diplom müdafiəsi edib. Həmçinin beynəxalq hüquq və beynəlxalq münasibətlər sahəsində bir sıra kurslarda və təlimlərdə iştirak edib.
Əmək fəaliyyətinə 1999-cu ildə Xarici İşlər Nazirliyində başlayıb. 2004-2008-ci illərdə Azərbaycanın BMT-nin Cenevrə bölməsi yanındakı Daimi Nümayəndəliyində çalışıb.
2008-2012-ci illərdə Xəzər dənizinin hüquqi statusu, dəniz ətraf mühitinin qorunması, insan hüquqları və digər sahələrdə ekspert kimi fəaliyyət göstərib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri (2012-2016) vəzifəsində çalışıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.
Beynəlxalq hüquq və dövlət xidmətlərinin göstərilməsi mövzusunda bir sıra məqalələrin müəllifidir. “Qərb” Universitetində, ADA Universitetində və “ASAN xidmət”in Təlim mərkəzində beynəlxalq hüquq, danışıqların aparılması, dövlət xidmətlərinin göstərilməsi konsepsiyası üzrə qabaqcıl təcrübə mövzularında yerli və əcnəbi dinləyicilərə mühazirələr deyib.
O, son təyinatadək Dövlət Xidmətinin rəis müavini olub və rəisin vəzifə səlahiyyətlərini icra edib.
İngilis, fransız, rus və türk dillərini bilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Milli Məclis bu memorandumu müzakirəyə çıxarır
Bugün, 18:01 GÜNDƏM
-
Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin təcrübəli işçilərini öz kadrları ilə əvəzləyir (Yenilənib)
Bugün, 17:53 CƏMİYYƏT
-
"Azərbaycan əlverişli geosiyasi mövqeyi, zəngin təbii resursları və..." - Vüqar Rəhimzadə
Bugün, 17:46 SİYASƏT
-
Ərdoğan Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Baş nazirini qəbul edib
Bugün, 17:37 GÜNDƏM
-
İsrail ordusu Livanı bombalayıb
Bugün, 17:30 DÜNYA
-
Jurnalist Əvəz Zeynallı vəfat edib (Yenilənib)
Bugün, 17:24 PRESS
-
Kolleclərə boş qalan plan yerləri: qəbulun nəticələri elan olundu
Bugün, 17:15 GÜNDƏM
-
Vüsal Şilderin qətli üzrə məhkəmə işi: ittiham aktı elan olunub
Bugün, 17:03 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
“Trendyol”un PR direktoru şirkətdən ayrılıb
Bugün, 16:55 İQTİSADİYYAT
-
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir!
Bugün, 16:48 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Fərman imzaladı
Bugün, 16:27 GÜNDƏM
-
Naxçıvana təyyarə uçuşu yenə təxirə salındı
Bugün, 16:14 GÜNDƏM
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 15:48 GÜNDƏM
-
Ağsuda dağlıq ərazidə yanğın başlayıb - VİDEO
Bugün, 15:30 GÜNDƏM
-
Türkiyədə müəllim öldürüldü - Məktəbdə + FOTO
Bugün, 15:18 KRİMİNAL
-
Agentlik sədrinin müavini nazir müavini təyin olundu
Bugün, 15:09 GÜNDƏM
-
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Bugün, 14:57 MƏDƏNİYYƏT
-
Yeni təhsil naziri kollektivə təqdim olunub
Bugün, 14:43 GÜNDƏM
-
"Lent.az" naziri "vurdu" - MƏKTƏBLƏRDƏ RÜSVAYÇILIQ DAVAM EDİR + VİDEO
Bugün, 14:34 CƏMİYYƏT
-
Ukraynada bir azərbaycanlı tələbə dron hücumunda həlak olub, biri isə yaralanıb - VİDEO (Yenilənib)
Bugün, 14:13 GÜNDƏM
-
Bakıda oğul öldürüldü - Anasının da meyiti tapıldı (Yenilənib)
Bugün, 14:00 CƏMİYYƏT
-
Rəşad Məcid Əvəz Zeynallının ailəsinə başsağlığı verdi
Bugün, 13:59 PRESS
-
“AzInTelecom”da yeni təyinat olub
Bugün, 13:48 İQTİSADİYYAT
-
Sabah Azərbaycanda leysan olacaq - Xəbərdarlıq
Bugün, 13:21 CƏMİYYƏT
-
Bakıda 48 yaşlı qadın öldürülüb
Bugün, 13:03 KRİMİNAL
-
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bugün, 13:03 GÜNDƏM
-
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:56 CƏMİYYƏT
-
"Qəbələ" klubunda yeni məşqçi təyinatları olub
Bugün, 12:19 İDMAN
-
Qarabağ zonasında daha 1385,8 ha ərazi minalardan təmizlənib
Bugün, 12:06 CƏMİYYƏT
-
Kamran Əliyev: "Azərbaycanlılara qarşı müharibə cinayəti törətmiş şəxslərə layiqli cəzalar verilib"
Bugün, 11:49 GÜNDƏM
-
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
Bugün, 11:30 GÜNDƏM
-
Minatəmizləmə Agentliyi 5 maşın alır - 719 min manat xərclənəcək
Bugün, 11:24 İQTİSADİYYAT
-
Aparıcı Lamiyyə Ələkbərova yeni layihədə!
Bugün, 11:24 PRESS