Ermənistanda siyasi fəallar saxlanılıblar

img

20-02-2021 [15:00]


Ermənistan polisi müxalif “Veto” hərəkatının lideri Narek Malyan saxlanılıb. Onun istintaqa cəlb edilməsi məcburi qaydada icra edilib.

TASS xəbər verir ki, ötən gün axşam Milli Təhlükəsizlik Xidməti (MTX) parlament aparatının keçmiş rəhbəri Aru Sağatelyan, keçmiş deputat Karen Bekaryan və ölkənin daha iki vətəndaşı saxlanılıb.

Hakimiyyət orqanlarının hərəkətlərini sərt tənqid etməklə saxta bir feysbuk hesabı yaratmaqda ittiham olunurlar. MTX-nin yaydığı məlumata görə, saxlanılan müxalifətçilər həmin hesab vasitəsilə hərbi vəziyyət zamanı senzuranın normalarını pozublar.

Müxalifətçilər bütün saxlanılmaların ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən birləşmiş müxalifətin planlaşdırdığı mitinqlə bağlı olduğunu bildiriblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA