Rusiyada daha bir koronavirus vaksini qeydiyyata alındı - Açıqlama

img

20-02-2021 [14:09]


Rusiya Səhiyyə Nazirliyi Rusiya Elmlər Akademiyası M.Çumakov adına Federal Elmi Mərkəzində koronavirusa qarşı yaradılmış “KoviVak” peyvəndini qeydiyyata alıb.

“RİA Novosti” xəbər verir ki, hökumət sədri Mixail Mişustin yeni dərmanın gələn ay 120 min dozasının əhaliyə təqdim ediləcəyini açıqlayıb.

Qeyd edək ki, Rusiyada qeydiyyatdan keçirilən sayca üçüncü koronavirus peyvəndi olan “KoviVak” bütöv zərərsizləşdirilmiş koronavirus əsasında yaradıldığı üçün orqanizmin virusu ayırd edərək yadda saxlamasını təmin edir.

M.Çumakov mərkəzinin direktoru Heydər İşməhəmmədovun sözlərinə görə, “KoviVak” koronavirusun genomu hissələri yox, bütöv virus əsasında yaradıldığı üçün mutasiyaya uğramış ştammlara qarşı da səmərəli olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA