Bazarda qiymətlər qalxdı – Video

img

17-12-2013 [16:02]


Yeni ilə artıq 15 gün qalıb. Bayram yaxınlaşanda bir növ bazarlarda qiymətlərin artması adət halını alır.

MİA ANS TV-yə istinadən xəbər verir ki, bayrama 15 gün qalmış bazarlarda almanın qiyməti 50 qəpik- 2 manat arasında, ananas 3-4 manat, armud 2 manat 50 qəp, banan 2 man 30 qəp, xurma 1 manat, kivi 2 manat, heyva 50 qəp-3 manat, üzüm 3 manat, nar 2 manat, yerkökü 1 manat, naringi 50 qəp 1 manatdan başlayaraq 3 manata qədər idi.

Tərəvəz məhsullarının da qiymətlərində xeyli artım müşahidə olunur. Pomidor 1 manat 50 qəpik, xiyar 2 manat 50 qəpik, kartof 1 manat 20 qəpik, soğan 80 qəpik idi. Badımcanın qiyməti isə 2 manat-2 manat 50 qəpik arasında dəyişirdi. Satıcılar qiymət artımını məhsulları baha almaları ilə əlaqələndirdilər.

Digər məhsullarda da artım müşahidə etmək mümkün idi. Düyü bazarda 1 manat, şabalıd 4-5 manat, kişmişin qiyməti 3-6 manat, ərik qurusu isə 3-5 manat arasında dəyişirdi. Qozun qiyməti 3 manat, fındığın qiyməti isə 2 manat 50 qəpik idi.

Elə alıcılar da bazardakı qiymətlərin baha olmasından şikayətlənirdilər. Ətin qiyməti isə həmişə olduğu kimi dəyişməz qalıb. Yəni qoyun əti 10 manat, mal əti isə 8 manat. Qiymətlər hələ yeni ilə 15 gün qalmış müşahidələrin nəticələri idi. Ayın sonuna qədər isə bu qiymətlərin bir az artması ehtimal edilir.


şərh yaz


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA