Əməkdar artist Kübra Əliyeva: "Xəstəxanaya özüm getmişdim, çox yaxşıyam"

img

19-02-2021 [10:27]


"Xəstəxanaya özüm getmişdim, çox yaxşıyam".

Bunu Əməkdar artist Kübra Əliyeva xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, səhhətində heç bir problem yoxdur: “Üzümdə yüngül narahatlıq vardı, onun üçün getmişdim. Bütün qohumlarım narahat olublar. Hər şey yaxşıdı. Bu yaxınlarda koronavirus əleyhinə vaksin də vurdurmuşam. Özümü normal hiss edirəm. Heç bir əks əlaməti də olmayıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə Əməkdar artist K.Əliyevanın vəziyyətinin ağırlaşdığı və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq