ABŞ-dan Belarusa növbəti zərbə: daha 43 məmura sanksiya tətbiq olundu

img

19-02-2021 [10:16]


Amerika rəhbərliyi yenidən Belarus vətəndaşlarına qarşı sanksiya tətbiq edilməsi barədə qərar verib.

bu barədə ABŞ-ın dövlət katibi Entoni Blenkinin yayımladığı yazılı açıqlamada bildirilir.

Bu dəfə “qara siyahı”ya 43 nəfərin adı daxil edilib. Onlar Belarusda demokratiyanı pozmaqda ittiham edilirlər.

Adları sanksiya siyahısına düşənlərin arasında ədliyyə sisteminin yüksək rütbəli məmurları, hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə dinc nümayişçiləri saxlayan və onlarla pis rəftar edən adi işçilər də var. Bundan sonra onların ABŞ-a daxil olması qadağan edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA