ABŞ və İsrail yeni hava hücumundan müdafiə sistemi qurur

img

18-02-2021 [18:00]


İsrailin Raket Hücumundan Müdafiə Xidməti və ABŞ-ın Raket Hücumundan Müdafiə Agentliyi “Arrow-4” (“Hetz-2”) sisteminin yenilənməsinə başlayıb.

Bunu İsrail Müdafiə Nazirliyindən bildiriblər.

Bu, növbəti onilliklər ərzində “Hetz-2”ni əvəz edəcək rakettutma sisteminin yeni nəslidir.

Baş podratçı İsrail Aviasiya Sənayesinin Müdafiə Konsernidir.

Xatırladaq ki, “Hetz-2” raket müdafiə sistemi İsrailin silah arsenalında 2000-ci ildən, “Hetz-3” raket hücumundan müdafiə sistemi isə 2017-ci ildən xidmətdədir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA