Gürcüstanda daha iki nəfərin “Britaniya ştammı”na yoluxması ehtimal olunur

img

18-02-2021 [15:46]


Gürcüstanda koronavirusun “Britaniya ştammı” adlandırılan təhlükəli növünə daha iki şübhəli yoluxma halı müəyyən edilib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Məlumata əsasən, hazırkı mərhələdə nümunələrlə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, qonşu ölkədə koronavirusun yeni ştammına ilk yoluxma halı bu ilin yanvarın 4-də təsdiqlənib. Yoluxan şəxs müalicə olunaraq sağalıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA