Saakaşvili Gürcüstan müxalifətinə müraciət etdi

img

18-02-2021 [14:04]


Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstan müxalifətinə müraciət edib.

O, müxalif qüvvələri birləşməyə çağırıb.

Sabiq dövlət başçısı Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın istefasını müxalifətin böyük qələbəsi adlandırıb.

M.Saakaşvili gürcü xalqının iradəsinin yerinə yetirilməsi və növbədənkənar parlament seçkilərinin təyin olunması üçün müxalifət partiyalarını daha böyük konsolidasiyaya dəvət edib.

Keçmiş dövlət başçısı qeyd edib ki, bu prosesə Gürcüstandakı diplomatik korpusun cəlb olunmasını vacibdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA