Gürcüstanın baş naziri Giorgi Qaxariya istefa verdi - Bəyanat

img

18-02-2021 [10:37]


Gürcüstanın baş naziri Giorgi Qaxariya istefa verib.

Bu barədə o, bəyanat verib

“Vəzifəmi tərk etmək barədə qərar qəbul etmişəm. Əlbəttə ki, inanıram və inanmaq istəyirəm ki, bu addım ölkəmizin siyasi məkanında polyarizasiyanın azalmasına kömək edəcək. Əminəm ki, bizim aramızda polyarizasiya və qarşıdurma ölkəmizin gələcəyi və iqtisadi inkişafı üçün ən böyük riskdir”, - hökumət başçısı deyib.

Qeyd edək ki, 45 yaşlı G.Qaxariya 2019-cu ilin sentyabrından Gürcüstanın baş naziri idi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA