Prezident İlham Əliyev dəyişiklik qərarı verdi

img

16-12-2013 [22:15]


Prezident İlham Əliyev "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqda Milli Məclisin qərarını təsdiqləyib.

Dəyişiklikdə deyilir: ""Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №12, maddə 739; 2004, №1, maddə 2; 2008, №12, maddə 1054) 1-ci və 2-ci maddələrində "2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə” sözləri "2014-cü il yanvarın 1-dən başlayaraq 5 il müddətinə” sözləri ilə əvəz edilsin”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA